Çərşənbə axşamı , Noyabr 24 2020
Ana səhifə / Şou Biznes / Azərbaycanlı milyarder tarixi abidəni söküb dağıtdı

Azərbaycanlı milyarder tarixi abidəni söküb dağıtdı

İran əsilli azərbaycanlı iş adamı Rza Zərrab İstanbulun Kandili böblgəsindəki tarixi villanı söküb və onu yenidən inşa etməyə başlayıb.

Virtualaz.org saytı Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, bu hal qanun pozuntusu hesab edildiyindən İstanbul Mədəniyyət Abidələrini Müdafiə Komitəsi Boğaziçi Abadlıq İdarəsindən  Rza Zərrabın adıçəkilən villanı yeniləmə layihəsinin yoxlanılmasını tələb edib.

Yoxlamadan sonra məlum olub ki, Rza Zərrabın Cem Kozlu adlı şəxsdən 25 milyon dollara satın aldığı tarixi villada apardığı yenidənqurma işləri həyata keçirilərkən qanunun tələbləri ciddi surətdə pozulub.

R.Zərrab 1986-cı ildə qorunmalı olan mədəni irs siyahısına daxil edilmiş villanın həyətindəki ağacları da kəsdirib. Yoxlama və buna əsasən hazırlanan hesabatdan sonra Boğaziçi Abadlıq İdarəsi tikintini dayandırıb.

Hesabatda qeyd olunub ki, Rza Zərrab qorunmalı olan tarixi abidəni dağıdıb və ona qeyri-qanuni olaraq bir mərtəbə əlavə edib.

İstanbul Bələdiyyəsi bu vandalizmlə bağlı şəhərin baş prokurorluğuna müraciət edib. Həmçinin İstanbul 6 saylı Mədəniyyət Abidələrinin Müdafiəsi Komitəsinin də Rza Zərrabı məhkəməyə verəcəyi gözlənilir.

2960 saylı Boğaziçi Abadlıq İdarəsi haqqında qanuna görə, tarixi abidənin və təbii sərvətlərin korlanması və görünüşünün dəyişdirilməsi hallarına görə bunu törədən şəxsi iki aydan 1 ilə qədər həbs və 200 min türk lirəsindən 500 min türk lirəsinə qədər cərimə gözləyir. Qanunun tələbinə görə, həmin şəxsdən alınan pulla Boğaziçi Abadlıq İdarəsi abidənin əvvəlki görünüşünü bərpa etməlidir. Türkiyə Cinayət Məcəlləsinə görə isə bu əməlin cəzası 5 ilə qədər həbsdir.

Həmçinin oxuyun

“Ermənilər Paşinyanın ətindən dönər hazırlamaq istəyirlər” – Brilliant Dadaşova

“Yaralar o qədər dərindir ki, onların qaysaq bağlamasına  hələ çox vaxt lazımdır. Çünki biz təkcə …

Bir cavab yazın