Çərşənbə axşamı , Aprel 16 2024
Ana səhifə / Şou Biznes / Azərbaycanlı milyarder oğlunu niyə gizlədir? (FOTO)

Azərbaycanlı milyarder oğlunu niyə gizlədir? (FOTO)

“Forbes” jurnalı siyahısına daxil olan ən varlı 150 rusiyalının övladlarının karyerası ilə maraqlanıb.

ANS PRESS-in məlumatına görə, jurnalın fotoqalereyasına bu gün yerləşdirilmiş 37 əmək tarixçəsinin içində ilk örnək kimi azərbaycanlı milyarder, “Lukoyl” prezidenti Vahid Ələkbərovun oğlu Yusif Ələkbərovun əhvalatı yer alır.

Jurnalın yazdığına görə, şirkətdə Yusif Ələkbərovun hansı vəzifəni tutmasını ciddi cəhdlə gizlədilir. “Lukoyl” prezidentinin oğlunu axırıncı dəfə 2014-cü ildə Koqalımda İmilor yatağının istismara açılması zamanı görüblər.

2014-cü ildə o, artıq “Lukoyl – Qərbi Sibir” şirkətinin əməkdaşları arasındak yer almırdı. Amma onun “Instagram” səhifəsində belə bir qeyd yer alır: “Almaz hasilatını öyrənmək istəyirəm”. “Forbes” güman edir ki, burada söhbət “Lukoyl”a tabe olan almaz hasilatı müəssisəsindən gedir.

Jurnal həm də düşünür Rusiya milyarderləri, o cümlədən Vahid Ələkbərov övladlarını özlərinə varis kimi yetişdirirlər.

Həmçinin oxuyun

“Başıma bu cür faciə gəldi, reytinq yığdılar” – Mətanət İsgəndərli

“Kimə ki, etibar, yaxşılıq edirsən və xətrini çox istəyirsən, o səni həmişə vurur. Hər şeyi …

Bir cavab yazın