Cümə , Avqust 23 2019
Ana səhifə / Şou Biznes / Azərbaycanlı milyarder Mironovu və Ohanyanı Bakıya qonaq çağırır

Azərbaycanlı milyarder Mironovu və Ohanyanı Bakıya qonaq çağırır

Redaksiyadan: Rusiyada “erməni soyqırımı”nın inkarına görə cinayət məsuliyyətini nəzərdə tutan qanun layihəsinin Dövlət Dumasına təqdim edlməsindən sonra virtualaz.org və haqqin.az saytları öz səhifələrində bu mövzu ətrafında disskusiyalar təşkil etdi.

Rusiyadakı azərbaycanlı diasporunun əksər liderləri bu məsələyə öz münasibətlərini bildirməsələr də eks Rusiya senatoru, Ümumrusiya Azərbaycanlıları Konqresinin rəhbərlərindən biri Fərhad Əhmədov Dövlət Dumasının spikeri Sergey Narışkinə müraciət göndərərək qanun layihəsinin qəbul ediləcəyi halda Rusiya vətəndaşlığından çıxacağını bəyan etmişdi.

Daha sonra qanun layihəsinin müəllifi və təşəbbüskarı, Federasiya Şurasının keçmiş sədri, Dövlət Dumasının deputatı, “Ədalətli Rusiya” fraksiyasının lider Sergey Mironov bu mövzu ilə bağlı haqqin.az-ın suallarına cavab verdi. Mironov bu qanun layihəsinin qəbulunda israrlı olduqlarını təsdiqlədi, mövqeyini humanitar və ümuminsani dəyərlərlə əsaslandırmağa çalışdı. Lakin Mironov sənədin əsl siyasi motivləri haqda, onun Rusiya-Türkiyə münasibətlərinin gərginləşdiyi bir vaxtda gündəmə gətirildiyi haqda danışmadı.

Mironovun bu mövqeyi onun keçmiş həmkarı Fərhad Əhmədovu hiddətləndirib. Azərbaycanlı milyarder və eks-senator haqqin.az və virtualaz.org saytlarının redaksiyasına müraciət edərək onun S.Mironova cavabını dərc etməyi xahiş edib. Beləliklə, iki rusiyalı eks-senatorun söz dueli davam edir və F.Əhmədovun cavabını oxuculara təqdim edirik:

Son iki ay ərzində haqqin.az saytında Rusiya Dövlət Dumasına təqdim edilmiş, “1915-1922-ci illərdə Osmanlı Türkiyəsində və Qərbi Ermənistanda erməni xalqının soyqırımı faktlarının inkarına dair” qanun layihəsinə xüsusi yer ayrılır.

Hesab edirəm ki, redaksiya mənim spiker S.Narışkinə məktubumun surətini dərc edəndən və ardınca həmin qanun layihəsinin müəlliflərindən olan S.Mironovla müsahibəni yayandan sonra bu müzakirələr faktiki olaraq mənimlə Sergey Mixayloviç arasında qiyabi diskussiyaya çevrildi.

Dərhal qeyd etməliyəm ki, S.Mironovun müsahibəsindəki konstruktiv, xoşməramlı ton, habelə onun  Rusiya-Azərbaycan münasibətləri haqda ətraflı danışması, bu münasibətlərin inkişafında maraqlı olduğunu nümayiş etdirməsi, Rusiyanın Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında konstruktiv rol oynamalı olduğunu bildirməsi məni sevindirdi.

S.Mironovun nasistlərin vəhşiliyinə, Afrikada tutsi xalqının qırılmasna, “İslam dövləti”nin cinayətlərinə dair mövqeyini tamamilə bölüşürəm. Fikrimcə, oxucular diqqət yetiriblər ki, bu faktlar müsahibədə Osmanlı imperiyasında baş verənlərdən daha çox işıqlandırılıb. Bu da tam izahediləndir: Rusiya Federasiyasında bu hadisələrə dair geniş diskussiyalar və açıqlamalar yoxdur. Və Sergey Mixayloviç birbaşa yazır ki, “bu məsələ barədə Rusiya cəmiyyətinin daxilində qütbləşmiş mövqelər yoxdur”. Lakin belə olan halda qanun layihəsinin təqdim edilməsinin məqsədi aydın olmur.

Daha artığını desək əgər Rusiyada həmin qanun layihəsinin irəli sürülməsinə qədər bu məsələ ətrafında heç bir diskussiya aparılmırdısa indi göründüyü kimi belə diskussiyalar gedir.

Gəlin fikirləşək, Allah eləməsin, bu qanun layihəsi hər halda qəbul edilsə nə baş verəcək. Bunu təxmin etmək çətin deyil: azərbaycanlılarla ermənilər arasında bu məsələyə dair diskussiyalar təkcə Rusiyada deyil, digər ölkələrdə də ictimai sferaya yayılacaq.

Bundan əlavə Azərbaycanın özündə Rusiyanın Qarabağ münaqişəsinə dair vasitəçiliyinin qərəzli olmadığına ciddi şübhə yaranacaq, bu isə münaqişənin həllini daha çox uzadacaq.

Nəhayət belə qanunun qəbulu çətin ki, Rusiya ilə Azərbaycan arasında indiki sıx münasibətlərin sonrakı inkişafına imkan yaratsın. Hansı ki S.Mironovbu münasibətlərin dərinləşməsinin vacibliyi haqda S.Mironov öz müsahibəsində inamla və ətraflı danışır.

Doğrudanmı həmin qanun layihəsinin irəli sürülməsinin məqsədi bütün bunlardır? Əminəm ki, S.Mironov qarşısına belə məqsəd qoya bilməz. Belə qanunun qəbul edilməsinin mümkün nəticələri çətin ki, Sergey Mixayloviçin səylərinə cavab versin, ancaq bu nüans ona iradlardan yayınmağa imkan yaratmır.

Sergey Mixayloviç yaxşı deyir ki, “belə məsələlərin müzakirəsi xüsusi kompotent və həssaslıq tələb edir”. Yoldaşcasına əlavə etmək istəyirəm ki, həm də məsuliyyət tələb edir.

Ümid edirəm ki, bizim bu qiyabi diskussiyamıza burada nöqtə qoymaq olar. Və bunun təsdiqi olaraq Sergey Mixayloviçi, həmçinin qanun layihəsinin müəlliflərindən olan N.V.Leviçevi, “Ədalətli Rusiya” fraksiyasının regionların problemlərində maraqlı olan digər üzvlərini, o cümlədən S.Mironovun fraksiya üzrə müavini, Federasiya Şurasındakı həmkarımız Ohanes Ohanyanı onlara münasib vaxtda şəxsi qonağım kimi Azərbaycana dəvət edirəm.

Həmçinin oxuyun

Manafın qızı ikinci həyat yoldaşından da ayrıldı – VİDEO

Manaf Ağayevin qızı Səmayə ikinci həyat yoldaşı Taleh Hüseynovdan da ayrılıb.Müğənninin kürəkəni bu gün keçmiş …

Bir cavab yazın