Çərşənbə , Oktyabr 16 2019
Ana səhifə / Şou Biznes / Azərbaycanlı iştirakçı Yakuboviçi təəccübləndirə bildi

Azərbaycanlı iştirakçı Yakuboviçi təəccübləndirə bildi

Azərbaycan Miniatür kitablar muzeyinin direktoru Zərifə Salahova Rusiyanın Birinci kanalında yayımlanan populyar “Möcüzələr meydanı” (Pole çudes) oyununun iştirakçısı olub.

Salahovanın Sputnik Azərbaycan-a bildirdiyinə görə, o, aparıcı Leonid Yakuboviçə özünün müəllifi olduğu miniatür kitabları bağışlayıb.

Zərifə Salahova əlavə edib ki, Ginnessin rekordlar kitabına düşən bu kolleksiyanın 2017-ci ilin noyabrında 30 yaşı tamam olacaq. Yakuboviç öz növbəsində Zərifə Salahovanın özünü Azərbaycanın milli sərvəti adlandırıb. “Möcüzələr meydanı” proqramı 1990-cı ildən efirdədir və keçmiş SSRİ məkanında ən populyar verilişlərdən sayılır.

Həmçinin oxuyun

“Maşın Şou”da final başladı

“Maşın Şou”nun “Maskarad” adlı sürətinin final mərhələsinin ilk gecəsi start götürüb. Finala çıxan 3 məşhur – …

Bir cavab yazın