Cümə , Aprel 19 2024
Ana səhifə / Şou Biznes / Azərbaycanlı idmançı çempion kəmərini satışa çıxardı

Azərbaycanlı idmançı çempion kəmərini satışa çıxardı

Boks üzrə Avropa çempionu Ağali Alışov çempion kəmərini satışa çıxarıb.

Bu barədə idmançı öz feysbuk səhifəsində məlumat verib.

A.Alışov bildirib ki, onun bu addımı atmasına səbəb xərçəng xəstəliyindən əziyyət çəkən boksçu İsrafilbəyov Emilin müalicəsi üçün vəsait əldə etməkdir:

“Dostlar peşəkar boksdan ən uğurlu nəticəm Avropa çempionluğu olub. Bu titulu qazanmaq üçün çox əziyyətlərdən keçmişəm. Hətta evimi belə satmışam. Lakin bunlara baxmayaraq bu gün qazandığım Avropa kəmərini satışa çıxarıram. Səbəb heç bir zaman üzünü görmədiyim, lakin uşaq yaşlarımda döyüşlərini həvəslə izlədiyim idman həmkarım, ilk azərbaycanlı peşəkar boksçu İsrafilbəyov Emilə (Emil Baku) dəstək olmaqdır. Kəmərə verilən məbləğ bütünlüklə Emil Bakuya dəstək məqsədilə göndəriləcək. Allah qardaşımızın yardımçısı olsun. Hər kəsi bu çətin zamanda Azərbaycanı xarici ölkələrdə layiqincə təmsil edən idmançımıza dəstək olmağa çağırıram”.(aznews.az)

Həmçinin oxuyun

“Başıma bu cür faciə gəldi, reytinq yığdılar” – Mətanət İsgəndərli

“Kimə ki, etibar, yaxşılıq edirsən və xətrini çox istəyirsən, o səni həmişə vurur. Hər şeyi …

Bir cavab yazın