Cümə axşamı , Oktyabr 29 2020
Ana səhifə / Şou Biznes / Azərbaycanlı fəhlə “O səs Türkiyə”ni coşduracaq – VİDEO

Azərbaycanlı fəhlə “O səs Türkiyə”ni coşduracaq – VİDEO

İşimiz işdir” layihəsi istedadlı şəxsləri təqdim etməkdə davam edir.

Bu dəfə sosial mediada səsi ilə insanların marağına səbəb olan azərbaycanlı bir fəhlədən – Elnur Əliyevdən danışacağıq.

Metbuat.az bildirir ki, Elnur Əliyev 1987-ci ildə Qərbi Azərbaycanda dünyaya gəlib. Orta təhsillidir və hazırda tikinti şirkətlərinin birində fəhlə işləyir. Səsinin yaxşı olmasına baxmayaraq, maddi çatışmazlıq səbəbilə musiqi təhsili ala bilməyib. Yaxın qohumlarının şad günlərində və fəhlə kimi işlədiyi tikinti obyektlərində oxuya bilib. O, dəyərli incəsənət xadimlərindən dərs almaq istədiyini bildirir.

Azərbaycanlı çoban Pərvin Səfərovun sosial şəbkədə yayılan videosundan sonra Türkiyə kanalarından birində yayımlanan “O səs Türkiyə” yarışmasına dəvət alması Elnuru daha da həvəsləndirib. Elnur təklif olarsa, istedadını sərgiləmək üçün Türkiyə getmək istədiyini bildirir.

O, ən böyük arzusunun Azərbaycan Milli Konservatoriyanı bitirmək olduğunu deyir.

Elnur Əliyevdən hazırlanan reportajı təqdim edirik:

Həmçinin oxuyun

Ajda Pekkan Azərbaycan Ordusuna 400 min dollar ianə etdi

Məşhur türkiyəli sənətçi Ajda Pekkan Azərbaycan xalqı üçün təqdirəlayiq addım atıb. O, Azərbaycan Respublikasının Silahlı …