Cümə , Aprel 19 2024
Ana səhifə / Şou Biznes / Azərbaycanlı deputat Peterbuqrda kompleks tikir

Azərbaycanlı deputat Peterbuqrda kompleks tikir

Sankt-Peterburq şəhər İvanovski dairəsinin Bələdiyyə Şurasının deputatı Elşən Həmzəyev Su İdman Sarayı tikintisi hüququnu əldə edib.

Report-un xəbərinə görə, idman-saölamlıq kompleksi Leninqrad vilayətinin Vsevolojsk rayonunda inşa olunacaq.

Qeyd edək ki, Leninqrad vilayəti sağlam həyat tərzi proqramını həyata keçirir və bu proqram çərçivəsində su idman növləri üçün obyekt tikintisi üçün torpaq sahəsi ayrılıb. İdman obyektinin tikintisinin sifarişçisi “Lenoblsport” təşkilatıdır, podratçı isə E.Həmzəyevin nəzarəti altında olan “SMU-16” şirkətidir.

Deputatın sözlərinə görə, hazırda tikinti üçün sahənin təmizlənməsi və binanın texniki layihəsinin razılaşdırılması işləri gedir. Layihədə böyük hovuz, tribunalar, fitness avadanlıqları, eləcə də bütün zəruri idman inventarı nəzərdə tutulub. Bundan əlavə, kompleksə mehmanxana, kafe, məişət xidmətləri obyektləri daxil olacaq.

İdman kompleksinin istismara 2019-cu ildə veriləcəyi nəzərdə tutulub.

Həmçinin oxuyun

“Başıma bu cür faciə gəldi, reytinq yığdılar” – Mətanət İsgəndərli

“Kimə ki, etibar, yaxşılıq edirsən və xətrini çox istəyirsən, o səni həmişə vurur. Hər şeyi …

Bir cavab yazın