Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Şou Biznes / Azərbaycanlı “avtoş” Tiflisi bir-birinə qatdı

Azərbaycanlı “avtoş” Tiflisi bir-birinə qatdı

Cümə günü Gürcüstanın paytaxtı Tiflisdə azərbaycanlının hərəkəti böyük səs-küyə səbəb olub.

Dekabrın 18-də gürcülər Gürcüstanın Avropa ilə viza rejiminin ləğv edilməsini Tiflisdə bayram ediblər.

Avropaya vizasız gediş-gəlişlə bağlı razılaşmanı bayram edən zaman bir azərbaycanlı Tiflisin mərkəzində “Hammer” markalı avtomobillə “avtoşluq” edib.

Bunu görən gürcülər azərbaycanlının yolda etdiyi qanun pozuntularını telefon vasitəsi ilə lentə alıblar. Kameraya çəkildiyini görən azərbaycanlı sürücü daha da həvəslənib və avtomobil ilə müxtəlif qayda pozuntuları etməyə davam edib.

Gürcülər lentə alınan videogörüntüləri sosial şəbəkələrdə “blatnoy” qonaq (“ბლატნოი” სტუმრები) adı ilə paylaşıblar. Görüntülər sosial şəbəkələrdə böyük müzakirələrə səbəb olub (oxu.az).

Həmçinin oxuyun

“Səsim batmışdı, elə bilirdilər lalam”

“Səsim necə batmışdısa… 2 il zorla danışırdım”.  Axşam.az xəbər verir ki, bu sözləri aşıq Zülfiyyə …

Bir cavab yazın