Bazar , Oktyabr 25 2020
Ana səhifə / Şou Biznes / Azərbaycanlı alim Dünya Beyin Mərkəzləri Sammitinin İdarə Heyətində təmsil olunacaq

Azərbaycanlı alim Dünya Beyin Mərkəzləri Sammitinin İdarə Heyətində təmsil olunacaq

Bu ildən iqtisadçı alim Vüqar Bayramov Dünya Beyin Mərkəzləri Sammitinin İdarə Heyətində Cənubi Qafqaz və Orta Asiyanı təmsil edəcək. 
Söhbət Brookings, Carnegie, Bregel, McKinsey, Harvad Universitetini Kennedy Məktəbinin və eləcə də Avropa, Amerika və Asiyanın aparıcı beyin mərkəzlərinin liderlərinin cəmləşdiyi heyətdən gedir.
Vüqar Bayramov musavat.com -a bildirib ki, məqsəd beyin mərkəzlərinin təsir edə biləcəyi qlobal və regional məsələlərin elmi və praktik müzakirələrini təşkil etmək, xüsusi konfranslar və buraxılışlar vasitəsi ilə qlobal diqqəti fərqli məsələlərə yönəltməkdir. Artıq keçirəcəyimiz sammitlərin bəzilərinin tarixləri və yerləri də razılaşdırılb. Belə ki, bu ilin mart ayında Londonda Avropa Beyin Mərkəzləri Sammiti, aprel ayında Vaşinqtonda Şimali Amerika Beyin Mərkəzləri Sammiti, mayda Yaponiyanın Yokohama şəhərində Qlobal Beyin Mərkəzləri Sammiti, noyabrda Sinqapurda Asiya Beyin Mərkəzləri Sammiti və eləcə də Hindistan və Çində regional sammitləri təşkil edəcəyik.
Azərbaycanlı alim əlavə edib ki, bu sammitlərdə və o cümlədən digər qlobal və regional görüşlərdə regionun üzləşdiyi çətinliklər və eləcə də prespektivlər ilə bağlı çıxış və müzakirələr təşkil etmək imkanım olacaq.
Qeyd edək ki, Vüqar Bayramov Azərbaycanda ilk beyin mərkəzinin yaradıcısıdır. Azərbaycanlı alimin sədrlik etdiyi İqtisadi və Sosial İnkişaf Mərkəzi (CESD) son 6 ildə Cənubi Qafqaz və Orta Asiyanın ən güclü beyin mərkəzi seçilib. CESD həmçinin məşhur Harvard Universitetinin rəsmi internet səhifəsinə daxil edilən regiondan yeganə qurumdur.

Həmçinin oxuyun

Ajda Pekkan Azərbaycan Ordusuna 400 min dollar ianə etdi

Məşhur türkiyəli sənətçi Ajda Pekkan Azərbaycan xalqı üçün təqdirəlayiq addım atıb. O, Azərbaycan Respublikasının Silahlı …

Bir cavab yazın