Şənbə , May 28 2022
Ana səhifə / Şou Biznes / Azərbaycanın tanınmış aktyoru “TikTok”dan nə qədər qazanır?

Azərbaycanın tanınmış aktyoru “TikTok”dan nə qədər qazanır?

“Vağzalı” filmindən nə qonorar almışdımsa, Qubada xərclədim. Çəkilişlər orada getdi, orada da pulu xərclədim. Az idi, bir az narazılığım oldu. Üç il əvvəl başımı aldadıb çəkdilər”.

Bu sözləri aktyor Elcan Rəsulov verilişlərdən birində deyib.

Elcan bildirib ki, həmkarları yaradıcılıqlarına fasilə verməlidirlər:

“Hər şey adiləşib, yeniliklər etmək lazımdır. Dayanmaq lazımdır. Mən dayandım, həmkarlarda başlayıb. Durub, sıfırdan düşünüb, başqa səmtə doğru hərəkət etmək lazımdır. Bu günə kimi gəldiyimiz yol var idi, müəyyən yumor təqdim edirdik. Dünyada hər şey dəyişir, biz də dəyişməliyik. Bütün yayboyu düşünmək, sentyabrda yenilik etmək lazımdır”.

Elcan “TikTok”da qazandığı məbləği açıqlayıb:

“TikTok”da qazandığımı orada da xərcləyirəm. Başımı qatıram. Günə 50 dollar civarında qazanıram. Həftənin üç-dörd günü şəbəkəyə girirəm”.

Aktyor əlavə edib ki, hazırda bu sənətə yiyələnmək çox rahat olub:

“Komanda inkişaf edirsə, gərək hamı inkişaf etsin. Aktyorlar, aktrisalar yetişirlər. Əvvəl aktyor olmaq üçün beşinci, altıncı sinifdən çalışmaq lazım idi. İndi iki min manata istənilən adam aktyor olur. Bir telefon alır, özünü çəkir, ən pis şey də tutur, baxılır”. Axsam.az

Həmçinin oxuyun

Şəbnəm Tovuzlu 19 il sonra gəlinlik geyindi – VİDEO

Müğənni Şəbnəm Tovuzlu efirə gəlinliklə çıxıb. İfaçı “Tarixin bir günü” verilişinə bu formada qatılıb. O, …