Ana səhifə / Şou Biznes / Azərbaycanın olimpiya çempionu Türkmənistan komandasına keçir?

Azərbaycanın olimpiya çempionu Türkmənistan komandasına keçir?

Dünən yayılmış məlumata görə, sərbəst güləş üzrə Azərbaycan milli komandasının üzvü, olimpiya çempionu Toğrul Əsgərov Türkmənistan milli komandasının heyətinə keçid barədə qərar qəbul edib.

“Azerisport” portalı xəbər verir ki, Toğrul Əsgərovun şəxsi məşqçisi Elman Əsgərov bununla bağlı deyib:

“Toğrulla birlikdə Türkmənistana gəldik, bu ölkənin güləş federasiyasının təmsilçiləri ilə görüşdük. Onlar bizə yaxşı şərtlər təklif etdilər, lakin hələ yekun qərar verməmişik”.

Çempionun məşqçisi idmançının yaşadığı problemlər barədə danışıb: “Bizim ciddi maliyyə problemlərimiz var. Mən bir ilə yaxındır ki, maaş almıram, amma ailə dolandırmalıyam. Toğrul əməliyyat olunmalıdır, lakin onunla heç kim məşğul olmur. Bu səbəbdən İslam Oyunlarını da buraxdı. Yalnız sonradan elan edildi ki, dopinqə görə diskvalifikasiya olunub. Sabah Türkmənistandan Türkiyəyə uçuruq, orada əməliyyat keçiriləcək. Pulunu kim verəcək? Özümüz”.

Həmçinin oxuyun

“Məni 3 manatlıq şorbaya görə iftara dəvət etməyin”

“Məni 3 manatlıq şorbaya görə iftara dəvət etməyin”Müğənni Kərim Abasov onu iftar süfrəsinə dəvət edən …

Bir cavab yazın