Bazar ertəsi , Avqust 19 2019
Ana səhifə / Şou Biznes / Azərbaycanın nazirləri: Ən gənci 39 yaşındadır – SİYAHI

Azərbaycanın nazirləri: Ən gənci 39 yaşındadır – SİYAHI

Ötən gün prezident İlham Əliyevin sərəncamı ilə Ramin Quluzadə rabitə və yüksək texnologiyalar naziri təyin olunub.
Bundan öncə nazirin birinci müavini vəzifəsində çalışan Ramin Quluzadə Azərbaycanda ən cavan nazirdir. 1977-ci il fevralın 1-də Bakı şəhərində anadan olan nazirin 39 yaşı var.
Məlumat üçün bildirən ki, Azərbaycanda 19 nazir var. Onların ən cavanı Ramin Quluzadə 39 yaş, ən yaşlısı isə energetika naziri Natiq Əliyevdir (69 yaş).
Digər nazirlərin yaşına görə sıralaması aşağıdakı kimidir:

Mikayıl Cabbarov – təhsil naziri (40 yaş)
Şahin Mustafayev – iqtisadiyyat naziri (51 yaş)
Fazil Məmmədov – vergilər naziri (52 yaş)
Azad Rəhimov – gənclər və idman naziri (52 yaş)
Samir Şərifov – maliyyə naziri (55 yaş)
Kəmaləddin Heydərov – fövqəladə hallar naziri (55 yaş)
Səlim Müslümov – əmək və əhalinin sosial müdafiəsi naziri (55 yaş)
Elmar Məmmədyarov – xarici işlər naziri (56 yaş)
Zakir Həsənov – müdafiə naziri (57 yaş)
Heydər Əsədov – kənd təsərrüfatı naziri (57 yaş)
Əbülfəz Qarayev – mədəniyyət və turizm naziri (60 yaş)
Hüseynqulu Bağırov – ekologiya və təbii sərvətlər naziri (61 yaş)
Fikrət Məmmədov – ədliyyə naziri (61 yaş)
Ziya Məmmədov – nəqliyyat naziri (64 yaş)
Oqtay Şirəliyev – səhiyyə naziri (66 yaş)
Yavər Camalov – müdafiə sənayesi naziri (67 yaş)
Ramil Usubov – daxili işlər naziri (68 yaş)
Natiq Əliyev – energetika naziri (69 yaş)

AzVision.az

Həmçinin oxuyun

Rəqassə Fatimənin qızı ərə getdi – FOTO\VİDEO

Hazırda paytaxtın dəbdəbəli restoranlarının birində məşhur rəqqasə Fatimə Fətəliyevanın qızı Aydanın toyu keçirilir. Diqqət çəkən …

Bir cavab yazın