Cümə , Aprel 19 2024
Ana səhifə / Şou Biznes /  “Azərbaycanın işğal olunmuş ərazilərində doğulan görkəmli şəxsiyyətlər” adlı film çəkildi

 “Azərbaycanın işğal olunmuş ərazilərində doğulan görkəmli şəxsiyyətlər” adlı film çəkildi

Sağlam İnkişaf və Maarifləndirmə İctimai Birliyinin (SİMİB) sədri Anar Xəlilovun Azinforum.az-a  verdiyi məlumata görə,  Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Azərbaycanın işğal olunmuş ərazilərində doğulan görkəmli şəxsiyyətlər” adlı ingilis və rus dillərində sənədli filmin hazırlanması ilə bağlı lahiyəhəsini başa çatıb.
Layihə çərçivəsində ingilis və rus dillərində “İşğal olunmuş istedadlar diyarı” adlı səndli film çəkilib.

Film erməni saxtakarlığına qarşı Azərbaycanın Qarabağ Bölgəsinin tarixi şəxsiyyətləri haqqındadır. Layihədə işğal altında qalan ərazilərimizin Azərbaycana məxsusluğunun sübutu istiqamətində bu ərazilərdə doğulan yerli azərbaycanlılar arasında formalaşan tarixi şəxsiyyətlərin dünyaya və ölkəmizə verdiyi elmi, mədəni, ictimai-siyasi fəaliyyətləri ilə verdikləri töhvələr haqqında məlumatlar öz əksini tapıbdır.

Bu yaxınlarda saxtalığa alışmış erməni təbliğat maşını sosial şəbəkələrdə rus dilində “Qarbağın erməni şəxsiyyətləri” haqqında film yaymişdılar. Filmdə saxta obrazlarla yanaşı bəzi türk əsilli Azərbaycanın tarixi şəxsiyyətləri də erməniləşdirilərək təqdim olunmuşdur. Heç bir faktlara söykənməyən saxtakarlıqlarla dünya ictimaiyyətini çaşdırmağa səy göstərirlər. Hesab edirik ki, bu filmin hazırlanması ilə biz bu çirkin təbliğatın qarşısın alınması istiqamətində öz töhvəmizi vermiş olduq.
Xatırladaq ki, SİMİB buna qədər üç dildə “Qarabağ abidələri”, “Qarabağ yaddaş” kitablarını, ingilis dilində Qarabağın Xristian abidələri kitabını, və ingilis dilində “Qafqazın konservatoriyası” və “Qarabağın mədəniyyət xəzinələri” filmlərini hazırlamışdır.

Həmçinin oxuyun

“Başıma bu cür faciə gəldi, reytinq yığdılar” – Mətanət İsgəndərli

“Kimə ki, etibar, yaxşılıq edirsən və xətrini çox istəyirsən, o səni həmişə vurur. Hər şeyi …

Bir cavab yazın