Cümə , Aprel 12 2024
Ana səhifə / Şou Biznes / Azərbaycanın “Eurovision 2024” müsabiqəsinə təqdim edəcəyi mahnı bəlli olub

Azərbaycanın “Eurovision 2024” müsabiqəsinə təqdim edəcəyi mahnı bəlli olub

Azərbaycanın “Eurovision 2024” beynəlxalq mahnı müsabiqəsində təqdim edəcəyi mahnı bəlli olub.

Ölkə təmsilçisi Fəxri İsmayılovun (Fahree) ifasında “Özünlə apar” mahnısının klipi yarışmanın rəsmi “YouTube” səhifəsində yayımlanıb.

Mahnının muğam hissəsini digər azərbaycanlı təmsilçi İlkin Dövlətov ifa edib.

Müasir pop və ənənəvi etnik musiqi janrlarını özündə birləşdirən mahnının üzərində Fəxri İsmayılovla yanaşı yerli musiqiçilər – Mado Salih, Edqar Ravin, Həsən Heydər və Mila Miles çalışıblar.

“Eurovision 2023” müsabiqəsinin qalibi İsveçi təmsil edən müğənni Lorin (“Tattoo” mahnısı) olub.

Məhz buna görə də “Eurovision 2024” İsveçin Malmö şəhərində keçiriləcək.

Birinci və ikinci yarımfinallar 7 və 9 may, final 11 may tarixlərində olacaq.

Azərbaycan mayın 7-də çıxış edəcək.

Çıxışın seriya nömrəsi yarımfinalçıların püşkatma mərasimindən sonra açıqlanacaq.

Azərbaycan İctimai Televiziya və Radio Yayımları Şirkəti 2007-ci ildən Avropa Yayım İttifaqının üzvüdür.

Azərbaycan 2008-ci ildən “Eurovision” mahnı müsabiqəsində iştirak edir.

Həmçinin oxuyun

“Cehiz ürəyimə yatmadı, hamısını yandırdım” – Video

Əməkdar artist Elnarə Abdullayeva cehizini yandırıbmış. Sənətçi bunu “7 tamam” verilişində bildirib.   “Öz ailəmizə görə yüksək …