Ana səhifə / Şou Biznes / Azərbaycandan Ümrə ziyarətinə gedən zəvvarların sayı açıqlandı

Azərbaycandan Ümrə ziyarətinə gedən zəvvarların sayı açıqlandı

Azərbaycandan fevralın 2-də Ümrə ziyarəti üçün Səudiyyə Ərəbistanına gedən 75 nəfər bu gün Vətənə qayıdıb.

Bu barədə “Report”a Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) məsul işçisi, Azərbaycan Həcc missiyasının üzvü Həmdulla Babayev məlumat verib.

O bildirib ki, qrup üzvləri səhhətləri və digər məsələlərlə bağlı heç bir problemlə üzləşmədən ziyarətlərini başa vurublar.

H.Babayevin sözlərinə görə, ziyarət üçün növbəti qrup mart ayının 10-dan sonra gedəcək.

O qeyd edib ki, bu mövsüm Ümrə ziyarətinə artıq 200-dən çox zəvvar gedib.

Həmçinin oxuyun

“Məni 3 manatlıq şorbaya görə iftara dəvət etməyin”

“Məni 3 manatlıq şorbaya görə iftara dəvət etməyin”Müğənni Kərim Abasov onu iftar süfrəsinə dəvət edən …

Bir cavab yazın