Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Şou Biznes / “Azərbaycandakı təhsil sisteminin dünyada analoqu yoxdur” – EKSPERT

“Azərbaycandakı təhsil sisteminin dünyada analoqu yoxdur” – EKSPERT

“Təhsil sahəsində də publik hüquqi şəxs yarana bilər”.

Bunu Prezident Administrasiyasının qanunvericilik və hüquq ekspertizası məsələləri şöbəsinin müdiri Şahin Əliyev deyib. Şöbə müdiri bildirib ki, məktəblərin və ali təhsil müəssisələrinin nizamnamələrinə yenidən baxılır: “Heç bir ölkədə universitetlər və təhsil ocaqları qeyri-kommersiya təşkilatı deyil. Ali təhsil ocaqları cəmiyyət və dövlət üçün çox mühüm bir sahə olan təhsillə məşğuldur. Qeyri-kommersiya fəaliyyəti isə tamamilə başqa sahədir. Orada bu cür məsuliyyət yoxdur”. Ş. Əliyev “Yəni pulsuz təhsil olmayacaq” sualına isə belə cavab verib: “Yox, pulsuz təhsil də olacaq. Publik hüquqi şəxslər həm pullu, həm də pulsuz xidmət göstərə, büdcədən maliyyələşə və maliyyələşməyə də bilər. Bu, dövlət idarəetməsində yeni tələbatları ödəyə biləcək çox çevik, elastik bir formadır ki, dövlətin imkanlarını daha da genişləndirir”.thumb_20160209035551357-300x225

Şöbə müdiri bununla bağlı qanunvericilikdə dəyişikliklər ediləcəyini də bildirib: “Cənab Prezident Nazirlər Kabinetinə tapşırıq verib ki, mövcud qanunvericiliyi onun imzaladığı müvafiq sənədlərə uyğunlaşdırılmasına dair təkliflərini təqdim etsin. Layihələr hazır olduqdan sonra, zərurət yaranarsa, dövlətimizin başçısı tərəfindən Milli Məclisə təqdim ediləcək”. O, sənədlərin hazırlanmasında ən qabaqcıl Qərbi Avropa ölkələrinin təcrübəsinin əsas götürüldüyünü də qeyd edib. Avropa ölkələrinin çoxunda orta təhsil sistemi üç pillədən ibarətdir – ibtidai (6-11 yaşlar arası), yuxarı siniflər (11-15 yaşlar arası), ondan sonra isə lisey (16-18 yaşlar arası). Bu, yetərincə mühafizəkar sistemdir və kiçik dəyişikliklərlə artıq 100 ildir – 1890-cı illərdən bəri mövcuddur. Dövlət təhsil sistemi 6-16 yaşlar arası uşaqlar üçün icbaridir, lisey isə 9-11-ci siniflərin analoqu hesab edilir. Pulsuz orta təhsil almaq hüququ bütün ölkə vətəndaşlarına ayrılır. Həmçinin, pulsuz dövlət məktəbləri ilə yanaşı, bu ölkələrdə özəl və ödənişli məktəblər də var. Orta məktəblərdən fərqli olaraq, əksər Avropa ölkələrində (Fransadan istisna olaraq) ali təhsil əsasən ödənişlidir. ABŞ-da isə orta təhsil üçpilləlidir. ABŞ-da təxminən 120 min orta məktəb var. Onların 27 mini özəldir. Şagirdlərin 15 faizi özəl təhsil müəssisələrində və ya kilsə məktəblərində təhsil alırlar. Məktəb məzunlarının təxminən 30 faizi universitetlərə qəbul olur.

Amerikanın orta təhsil strukturu 12 illik təhsil təklif edir və aşağıdakı pillələri əhatə edir: 1. İbtidai məktəb (elementary school): 6-11 yaşlı uşaqlar üçün (I-VI siniflər); 2. Əsas məktəb (secondary school): 12-15 yaşlı uşaqlar üçün (VII-IX siniflər); 3. Orta məktəb (High school): 16-18 yaşlı uşaqlar üçün (X-XII siniflər). Məktəblərdə fənlərin tədrisi baxımından vahid tələblər qoyulmur. Onlar məktəbin yerləşdiyi ərazidən (ştatdan) və ya həmin məktəbin öz siyasətindən asılı olaraq dəyişə bilər. Bütün məktəblərdə tədris olunan icbari fənlərə ingilis dili (İngiltərə və Amerika ədəbiyyatı), riyaziyyat (cəbr və həndəsə), xarici dil (əsasən ispan dili), tarix (Amerika və Avropa tarixi) və təbiət elmləri (biologiya, kimya, ekologiya) daxildir. Amerikanın məktəb sistemində biliyin qiymətləndirilməsi bir qədər demokratik xarakter daşıyır. Burada fənlər üzrə vahid dövlət imtahanları mövcud deyil, onları aralıq və semestr testləri əvəz edir. İlin sonunda isə yekun imtahan verilir. ABŞ-da da ödənişsiz məktəblərlə yanaşı, ödənişli və özəl məktəblər var. ABŞ-da əksər ali məktəblər özəldir. Bu ali məktəblərdə (hətta dövlətə aid kollec və universitetlərdə belə) təhsil ödənişlidir.

Ölkədə ödənişsiz təhsil olub-olmayacağı barədə suala cavab olaraq PA rəsmisi Şahin Əliyev bəyan edib ki, publik hüquqi şəxslər həm ödənişli, həm də ödənişsiz xidmətlər göstərə bilərlər. Bu, Azərbaycanda orta təhsilin ödənişli olacağı anlamına gəlirmi? Bu suala cavab tapmaq üçün, Təhsil Nazirliyinin mətbuat xidməti ilə əlaqə yaratmağa çalışdıq, lakin cəhdlərimiz boşa çıxdı. “XXI əsr” Təhsil Mərkəzinin sədri Etibar Əliyev Şahin Əliyevin sözlərini bu cür şərh edib. “Bu gün Azərbaycanda bütün peşə-texniki məktəbləri və orta məktəblər dövlət büdcəsindən maliyyələşir. Bütün dünyada ali təhsildən savayı bütün təhsil pillələri dövlət tərəfindən maliyyələşir”, – deyə E.Əliyev qeyd edib.

“Lakin ali məktəblərdən, peşə liseyləri və məktəblərdən savayı, Azərbaycanda kolleclər də mövcuddur”, – deyə müxbirimiz xatırladıb. “Azərbaycandakı təhsil sisteminin dünyada analoqu yoxdur. Bütün dünyada kolleclər ancaq ali məktəblərin nəzdində fəaliyyət göstərir. Lakin Azərbaycanda kolleclər ali məktəblərdən kənar yaşayır”, – deyə ekspert vurğulayıb. Ekspert qeyd edib ki, orta təhsil müəssisələrinin özünümaliyyələşdirmə üçün pulu hardan tapdıqlarını anlamır. E.Əliyevin sözlərinə görə, bəz ali məktəblər – məsələn, – BDU və ali Neft və Sənaye Universitetinə öz maliyyə qaynaqlarını sərbəst idarə etmək hüququ verilib “Bu ali məktəblərdə ödənişli təhsil sistemi mövcuddur. Ali məktəblər ödənişli təhsildən əldə olunan vəsaiti öz inkişaflarına yönəltməlidirlər. Lakin ali məktəblərin rəhbərliyi bu pulları müəllimlərin maaşlarına xərcləməyə üstünlük verirlər”, – deyə ekspert Qafqaznews.org saytına bildirib.

Həmçinin oxuyun

“Səsim batmışdı, elə bilirdilər lalam”

“Səsim necə batmışdısa… 2 il zorla danışırdım”.  Axşam.az xəbər verir ki, bu sözləri aşıq Zülfiyyə …

Bir cavab yazın