Bazar ertəsi , Oktyabr 26 2020
Ana səhifə / Şou Biznes / Azərbaycandakı həkimlərin sayı açıqlanıb

Azərbaycandakı həkimlərin sayı açıqlanıb

Keçən il Azərbaycanda fəaliyyət göstərən həkimlərin sayı açıqlanıb. Dövlət Statistika Komitəsindən “Report”a verilən məlumata görə, 2015-ci ildə həkimlərin sayı 32 756 (2014-cü ildə 32 434 nəfər ) nəfər olub. Bu da əhalinin hər 10 000 nəfərinə 34,6 həkimin düşməsi deməkdir. Eyni zamanda, onlar arasında ixtisaslar üzrə ən çox terapevtlər üstünlük təşkil edib. Belə ki, ötən il üçün terapevtlərin sayı 8 504 nəfər olub.

Sonrakı yerlərdə digər ixtisaslara görə 6 044 (2014-cü ildə 5 293), pediatrlar 4 029 (2014-cü ildə 3 992), cərrahlar 3 640 (2014-cü ildə 3 771), stomatoloq və diş həkimi 2 601 (2014-cü ildə 2 452), ginekoloqlar 1 913 (2014-cü ildə 1 989) nəfərlə qərarlaşıb.

Həmçinin oxuyun

Ajda Pekkan Azərbaycan Ordusuna 400 min dollar ianə etdi

Məşhur türkiyəli sənətçi Ajda Pekkan Azərbaycan xalqı üçün təqdirəlayiq addım atıb. O, Azərbaycan Respublikasının Silahlı …

Bir cavab yazın