Ana səhifə / Şou Biznes / Azərbaycanda toy kortejə 5 min xərcləndi

Azərbaycanda toy kortejə 5 min xərcləndi

Gecə yarısı keçirilən atəşfəşanlıq şəhər əhalisini yuxudan oyadıb.

Belə ki, dekabrın 7-dən 8-nə keçən gecə, təxminən saat 01.30 radələrində, İmişli şəhər əhalisinin narahatlığına səbəb olan hadisə baş verib. Təxminən yarım saat havaya bir-birinin ardınca gur işıq və partlayıcı səs buraxan fişənglər atılıb, hay-küy səsi gecənin sakitliyini pozub. Sakinlər yuxudan oyanaraq evlərin pəncərəsindən bayıra baxıblar, küçələrə çıxanlar olub. Şahidlərin sputnik.az-a dediklərinə görə, sakinlərin bəzilərinə elə gəlib ki, cəbhə bölgəsində atəşkəs pozulub, havaya buraxılanlar da odlu silahların mərmiləridir. Sonradan məlum olub ki, həmin gün İmişli şəhərindəki mindən çox adamın iştirakı ilə dəbdəbəli toy mərasimi təşkil olunub. Rusiyada yaşayan, əslən İmişlidən olan iş adamı oğlunun toyuna həmin ölkədən xeyli sayda qonaq dəvət edib.

Təkcə “Bəy-gəlin maşını”na 5, musiqiçilərə isə 20 min manat xərc çəkildiyi deyilir. Elə havaya dəyəri minlərlə manat hesablanan fişənglər də şadlıq sarayının həyətindən buraxılıb. Əraziyə çoxsaylı polis əməkdaşları cəlb olunublar.

Minlərlə rayon sakininin narahatlığına səbəb olan şənlik sosial şəbəkələrdə də müzakirə olunub, aşırı dəbdəbə və israf qınaq obyektinə çevrilib.

 

Həmçinin oxuyun

“Məni 3 manatlıq şorbaya görə iftara dəvət etməyin”

“Məni 3 manatlıq şorbaya görə iftara dəvət etməyin”Müğənni Kərim Abasov onu iftar süfrəsinə dəvət edən …

Bir cavab yazın