Şənbə , Aprel 20 2024
Ana səhifə / Şou Biznes / Azərbaycanda şok hadisə: – Həkim yanan körpəyə baxmaqdan imtina etdi

Azərbaycanda şok hadisə: – Həkim yanan körpəyə baxmaqdan imtina etdi

Fotoda gördüynüz bu uşağın 1 yaşı var. Tovuz rayon Aşiğalillar kəndindəndir.

Avropa.info-ya daxil olan məlumata görə, bu gün səhər ehtiyatsızlıq üzündən qaynar su tökülərək, uşağın əl və ayağı tamamiilə yanıb.

Uşaq dərhal mərkəzi Tovuz rayon xəstəxanasina çatdırılsa da, həkimlər ona baxmaqdan imtina edib.

Avropa.info-ya məlumat verən xəstənin yaxınları qeyd ediblər ki, Fəxrəddin adlı həkim isə onun yaxınlarını ağır söyüşlərlə təhqir edib. Həkim uşağın qoca nənəsini itələyib və xəsarət yetrib.

Tovuz rayon mərkəzi xəstəxanasının baş həkimi ilə əlaqə saxlamağa çalişdıq. Məlum oldu ki, baş həkim işdə deyil, öz müalicəsi ilə bağli Ukraynaya müalicəyə gedib.

Xəstənin yaxınları bildiriblər ki, həkim Fəxrəddin isə uşağı müalicədən imtina edib, deyib ki, kimə istəyirlər şikayət etsinlər:

“Hal-hazırda uşaq ev şəraitində ağrikəsicilərlə müalicə alır, xəstənin Bakiya gətirilməsi üçün qohum-qonşudan pul yığilır”.

Həmçinin oxuyun

“Başıma bu cür faciə gəldi, reytinq yığdılar” – Mətanət İsgəndərli

“Kimə ki, etibar, yaxşılıq edirsən və xətrini çox istəyirsən, o səni həmişə vurur. Hər şeyi …

Bir cavab yazın