Ana səhifə / Şou Biznes / Azərbaycanda sim-kart almış əcnəbilərin şəxsiyyəti müəyyənləşdirilir

Azərbaycanda sim-kart almış əcnəbilərin şəxsiyyəti müəyyənləşdirilir

Azərbaycana gələrkən pasport nəzarətini keçmiş və yerli mobil operatorun Sim-kartını almış əcnəbilərin şəxsiyyəti onlayn rejimində müəyyənləşdirilir.

Bu barədə Trend-ə telekommunikasiya bazarında mənbə deyib.

Azərbaycan qanunvericiliyinə əsasən, ölkəyə gələn əcnəbilərin ilk 10 gün müddətində Dövlət miqrasiya xidmətində qeydiyyatı tələb olunmur.

Məhz bu səbəbdən ilk 10 gün ərzində ölkəyə gələn və Sim-kart almış əcnəbilərin şəxsiyyətini müəyyənləşdirmək mümkün olmurdu. Amma bundan sonra bu məlumatlar onlayn rejimində daxil olur.

Həmçinin oxuyun

“Məni 3 manatlıq şorbaya görə iftara dəvət etməyin”

“Məni 3 manatlıq şorbaya görə iftara dəvət etməyin”Müğənni Kərim Abasov onu iftar süfrəsinə dəvət edən …

Bir cavab yazın