Cümə , Aprel 26 2024
Ana səhifə / Şou Biznes / Azərbaycanda QHT rəhbəri qəzada öldü

Azərbaycanda QHT rəhbəri qəzada öldü

Oğuzda ölümlə nəticələnən yol qəzası baş verib.

Hadisə ötən gün günorta saatlarında Qaraməryəm-İsmayıllı –Şəki magistral yolunun Oğuz rayonu Sincan kəndi ərazisindən keçən hissəsində baş verib.

Şəki şəhər sakini, 1975-ci il təvəllüdlü İlqar İlyas oğlu İlyaslı idarə etdiyi “Chery” markalı 90-KR-371 dövlət nömrə nişanlı minik avtomobillə ilə İsmayıllı rayonu istiqamətində hərəkətdə olarkən idarəetməni itirməsi səbəbindən maşını yolun kənarındakı ağaca çırpıb.

Qəza nəticəsində müxtəlif dərəcəli ağır bədən xəsarətləri alan İlyas İlqarlı Oğuz Rayon Mərkəzi Xəstəxanasına aparılarkən yolda keçinib.

Faktla bağlı DİN-nin Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat bölməsində araşdırma aparılır.

Qeyd edək ki, qəza nəticəsundə dünyasını dəyişən İlyas İlqarlı Maarifçi Gənclər İctimai Birliyinin sədridir.(Apa)

Həmçinin oxuyun

“Həyatımda iki insan var ki, onları heç zaman bağışlamayacağam”

“Allah bağışlayandır. Elə məqamlar olur ki, bağışlamaq olmur. Həyatımda iki insan var ki, onları heç …

Bir cavab yazın