Ana səhifə / Şou Biznes / Azərbaycanda professor, fəlsəfə doktoru olan məşhurlar – SİYAHI

Azərbaycanda professor, fəlsəfə doktoru olan məşhurlar – SİYAHI

Xalq artisti Nazpəri Dostəliyeva elmi dərəcə alıb.

Bu barədə sənətçi dünən öz “İnstaqram” səhifəsində məlumat yayıb. Onun sözlərinə görə, “Azərbaycanın şərq və qərb aşıq məktəblərinin xüsusiyyətləri və ifaçılıq ənənələrinin müqayisəli təhlili” adlı dissertasiya mövzusu qənaətbəxş hesab edilib və fəlsəfə doktoru elmi dərəcəsi təsdiq olunub.

Dostəliyevanın elmi ad alması geniş müzakirələrə səbəb oldu. Hətta bir çoxları müğənninin dissertasiya yazmasına inanmayıb, onu lağa qoyublar. Ancaq elmi ad alan sənətçilər arasında Nazpəri tək deyil.

Minval.info elmi ad almış azərbaycanlı məşhurlar barədə məlumat verir:

Bu ilin aprel ayında əməkdar artist Nüşabə Ələsgərli də sənətşünaslıq üzrə fəlsəfə doktoru elmi dərəcəsinə yiyələnib. N.Ələsgərli əfsanəvi bəstəkar Şəfiqə Axundovanın yaradıcılığı ilə bağlı elmi iş yazmışdı.

Картинки по запросу Nüşabə Ələsgərli

Əməkdar artist Lalə Məmmədova isə filologiya üzrə fəlsəfə doktorudur.  Hazırda müğənni Milli Konservatoriyada ingilis dili müəlliməsidir. Lalə Məmmədovanın atası Nadir Məmmədov da alimdir və hazırda BDU-da çalışır.

Картинки по запросу Əməkdar artist Lalə Məmmədova

Əməkdar artist Gülyanaq Məmmədova Azərbaycan xalq və bəstəkar mahnılarının problemlərinin həll olunması” adlı mövzunu müdafiə etdikdən sonra fəlsəfə doktoru elmi dərəcəsi adını alıb.

Картинки по запросу Əməkdar artist Gülyanaq Məmmədova

Xalq artisti, xanəndə Arif Babayev 1990-cı ildə tarixdə ilk dəfə muğam professoru adını alıb.  O həm Dövlət Konservatoriyasında, həm də Mədəniyyət və İncəsənət Universitetində pedoqoji fəaliyyətlə məşğuldur.

Картинки по запросу Xalq artisti, xanəndə Arif Babayev

Xalq artisti Azər Zeynalov da Mədəniyyət və İncəsənət Universitetinin professorudur.

Похожее изображение

ARB telekanalının aparıcısı Rövşanə Ağasəfqızı (Bektaşi) filologiya elmləri namizədidir. Rövşanə  Azərbaycan Beynəlxalq Universiteti bağlanana qədər jurnalistika fakültəsində dərs deyirdi.

Картинки по запросу ARB telekanalının aparıcısı Rövşanə Ağasəfqızı

Əməkdar artist Ədalət Şükürov iqtisad elmləri üzrə fəlsəfə doktorudur. Özünün bildirdiyinə görə, elmi işini Rusiyanın Sankt-Peterburq şəhərində müdafiə edib.

Картинки по запросу Əməkdar artist Ədalət Şükürov

Xalq artisti, xanəndə  Mələkxanım Eyyubova   “Muğam sənətinin inkişafında dövlət qayğısı” mövzusunuda dissertasiya müdafiə edib, professordur. 10 ildən artıqdır ki, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində muğam ixtisası üzrə işləyir.

Картинки по запросу Xalq artisti, xanəndə Mələkxanım Eyyubova

Həmçinin oxuyun

Bakıda rəqqasələr biabırçı vəziyyətdə yaxalandılar – VİDEO

Azərbaycanlı rəqqasələr xoşagəlməz vəziyyətdə yaxalanıblar. Aznews.az xəbər verir ki, rəqqasə Səidə Snake və Simona dodaq-dodağa …