Şənbə , Yanvar 16 2021
Ana səhifə / Şou Biznes / Azərbaycanda ötən il xarici vətəndaşlarla nikaha girən qadın və kişilərin sayı açıqlanıb

Azərbaycanda ötən il xarici vətəndaşlarla nikaha girən qadın və kişilərin sayı açıqlanıb

Ötən il 1291 Azərbaycan vətəndaşı olan qadın ilə xarici ölkə vətəndaşı olan kişi arasında nikah bağlanıb.

Bu barədə “Report”a Dövlət Statistika Komitəsindən məlumat verilib.

Eyni zamanda, ötən il 1281 Azərbaycan vətəndaşı olan kişi xarici ölkə vətəndaşı olan qadınla nikaha daxil olub. Ötən il qeydə alınan nikahların sayı 68,8 min olub.

Ümumilikdə isə 2014-cü ildə Ədliyyə Nazirliyinin rayon, şəhər qeydiyyat şöbələri tərəfindən ölkədə 84,9 min nikaha daxilolma halları qeydə alınıb ki, onlardan 1635-i Azərbaycan vətəndaşı olan qadınla xarici ölkə vətəndaşı olan kişinin nikahı olub. Həmin il ölkədə 1499 Azərbaycan vətəndaşı olan kişi xarici ölkə vətəndaşı olan qadınla nikaha girib.

Həmçinin oxuyun

“Kim həyatını necə yaşayır, mənə dəxli yoxdur” – Nura Suri

“Səhv axtarmaq, tənqid etmək adəti bizim millətdə hardan yaranıb? Elə bir vəziyyət yaranıb ki, kimsə …

Bir cavab yazın