Ana səhifə / Şou Biznes / Azərbaycanda ordudan fərarilik halları azalıb

Azərbaycanda ordudan fərarilik halları azalıb

Fevralın 4-də Azərbaycan Respublikasının Baş Prokurorluğunda keçirilmiş Kollegiya iclasında xüsusi vurğulanıb ki, ordu quruculuğu məsələlərinə dövlət səviyyəsində ən yüksək diqqət yetirilməsi, müdafiə sənayesi potensialının yaradılması və bu məsələlərə ayrılan büdcə vəsaitlərinin ilbəil artırılması mübariz Silahlı Qüvvələrin formalaşdırılması ilə nəticələnib.

Kollegiya iclasında Baş prokuror Zakir Qaralov hesabat məruzəsində bu haqda danışıb.
Bildirib ki, Azərbaycan Respublikası Hərbi Prokurorluğu tərəfindən “Prokurorluq haqqında” qanunda nəzərdə tutulmuş istiqamətlər üzrə işin səmərəli təşkili, hərbi prokurorluq orqanlarının strukturunun təkmilləşdirilməsi və fəaliyyətinin müasirləşdirilməsi istiqamətində zəruri tədbirlərin həyata keçirilməsi təmin olunub, Müdafiə Nazirliyi ilə qarşılıqlı əlaqədə görülmüş işlərin nəticəsi olaraq, bəzi hərbi cinayətlərin, o cümlədən qəsdən adam öldürmə, özünü öldürmə həddinə çatdırma, hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etmə, fərarilik cinayətlərinin sayının əhəmiyyətli dərəcədə azalmasına, hərbi prokurorluq orqanları üzrə qeydə alınmış cinayətlərin 99,1 faizinin açılmasına, rüşvətxorluq və korrupsiya faktları üzrə cinayət işlərinin yüksək peşəkarlıq səviyyəsində istintaq edilərək təqsirkar şəxslərin məhkəmə məsuliyyətinə verilməsinə, erməni təcavüzkarları tərəfindən törədilmiş soyqırım və digər ağır cinayətlərin araşdırılması istiqamətində məqsədyönlü istintaq və əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə nail olunub. (Modern.az)

Həmçinin oxuyun

“Məni 3 manatlıq şorbaya görə iftara dəvət etməyin”

“Məni 3 manatlıq şorbaya görə iftara dəvət etməyin”Müğənni Kərim Abasov onu iftar süfrəsinə dəvət edən …

Bir cavab yazın