Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Şou Biznes / Azərbaycanda olan akademik və alimlərin sayı açıqlanıb

Azərbaycanda olan akademik və alimlərin sayı açıqlanıb

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) 65 akademiki, 113 müxbir üzvü var.
“Report” Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, akademiklərdən 5-i, müxbir üzvlərdən isə 14 nəfəri qadındır.

Azərbaycanda ötən il elmi tədqiqat və işləmələrlə 23093 mütəxəssis məşğul olub ki, onların da 16137 nəfərini (70 faizini) tədqiqatçılar təşkil edib.

Mütəxəssislərin hər üç nəfərindən birinin elmlər doktoru, fəlsəfə doktoru alimlik dərəcəsi olub.
Bundan başqa, elmi-tədqiqat bölmələrində tədqiqat və işləmələri yerinə yetirən, lakin elmi-tədqiqat bölmələrində ştatda olmayan 9910 elmi pedaqoji işçi ali təhsil müəssisələrində çalışır. Onların 64 faizinin alimlik dərəcəsi var.

Elmin sahələri üzrə çalışanların 8849-u qadın, 7288-i kişidir. Humanitar elmlər (68,5 faiz), tibb elmləri (52,7), təbiət elmləri sahəsində (56) qadınlar , kənd təsərrüfatı elmləri (60,3 faiz), texnika və ictimai elmlər sahəsində kişilər üstünlük təşkil edib.

Həmçinin oxuyun

“Səsim batmışdı, elə bilirdilər lalam”

“Səsim necə batmışdısa… 2 il zorla danışırdım”.  Axşam.az xəbər verir ki, bu sözləri aşıq Zülfiyyə …

Bir cavab yazın