Cümə , Aprel 19 2024
Ana səhifə / Şou Biznes / “Azərbaycanda model biznesini mən gətirmişəm” – İlqar Əliyev

“Azərbaycanda model biznesini mən gətirmişəm” – İlqar Əliyev

“Xaricə pul qazanmağa getmədim”

ARB TV-nin “Gəlin danışaq” verilişinin növbəti qonağı məşhur model İlqar Əliyev olub.
Maraqlı açıqlamalar verən model, ilk olaraq bu sənətə gəlişindən söz açıb:
“Uşaqlıqdan pilot olmaq istəyirdim. Aviasiya Akademiyasına daxil oldum. “Best model”ə gələndə artıq ikinci kursdaydım. Akademiyada hamı məni tanıyırdı. Məktəb vaxtı Gənc tamaşaçılar teatrında işləyirdim. Orada 5 illik fəaliyyətim olub. Sonradan pilotluq ikinci plana düşdü. Daha sonra “Qəfəs” realityi şouya qatıldım. Orada da müəyyən qədər tanındım. 2004-cü ildə “Best model of”un qalibi oldum. Sonra dünya çempionatına getdik. Orada da finalçı olmuşduq. Amma ilk 5-liyə düşə bilmədik. O vaxt çox adam bilmirdi ki, Azərbaycanda model var. Azərbaycanda model biznesini mən inkişaf etdirmişəm. Ondan əvvəl modelliyə çox adam gəlmirdi”.
Model daha sonra həyatından və işlərindən danışıb:
“Sonralar xaricə üz tutdum. Xaricə pul qazanmağa yox, iş görməyə getdim. Çox ağır idi işlər. Müxtəlif çəkilişlərimiz oldu. Türkiyə, Rusiya və Avropanın bəzi yerlərində oldum. Hal-hazırda da öz məktəbimi açmışam. Kursum var”.

Həmçinin oxuyun

“Başıma bu cür faciə gəldi, reytinq yığdılar” – Mətanət İsgəndərli

“Kimə ki, etibar, yaxşılıq edirsən və xətrini çox istəyirsən, o səni həmişə vurur. Hər şeyi …

Bir cavab yazın