Ana səhifə / Şou Biznes / Azərbaycanda “meteorit yağışı” müşahidə olunacaq

Azərbaycanda “meteorit yağışı” müşahidə olunacaq

Bu ay planetin sakinləri astronomik fenomenin şahidi olacaqlar.

Azinforum.az Azərbaycan Milli Elmlər Akademiyasının saytına istinadən bildirir ki, avqustun 12-dən 13-nə keçən gecə Perseida meteorit axını maksimal fəallığı ilə seçiləcək.

Sözügedən axın hər il 17 iyul – 24 avqust tarixlərində baş verir. Adətən, onların fəallığının pik dövrü 9-13 avqust tarixlərinə təsadüf edir.

Keçən ildən fərqli olaraq, bu il Yer kürəsinin sakinləri daha az “düşən ulduz” görəcəklər. Belə ki, ötən il gecələr müşahidə olunan meteoritlərin sayı 200-ə çatmışdısa, cari ildə orta hesabla saatda 80 meteorit görmək mümkün olacaq. Lakin Ayın parlaq işığı meteoritlərin bir hissəsini görməyə əngəl törədəcək.

Həmçinin oxuyun

“Məni 3 manatlıq şorbaya görə iftara dəvət etməyin”

“Məni 3 manatlıq şorbaya görə iftara dəvət etməyin”Müğənni Kərim Abasov onu iftar süfrəsinə dəvət edən …

Bir cavab yazın