Ana səhifə / Şou Biznes / Azərbaycanda keçmiş polis rəisləri, dolaşıq vəzifə sahibləri, əyri iş adamları da Həccə GEDİR

Azərbaycanda keçmiş polis rəisləri, dolaşıq vəzifə sahibləri, əyri iş adamları da Həccə GEDİR

İslamın 5 vacib şərti var, kəlməyi şəhadət, namaz, oruc, həcc, zəkat. Həcc maliyyə vəziyyəti və səhhəti yerində olan möminlərə ömürlərində bir dəfə, Kəbəni ziyarət etməkdir. Beləcə dünya müsəlmanları bir araya gəlir. Hər il statusundan, tutduğu mövqeyindən asılı olmayaraq milyonlarla insan müqəddəs torpaqları ziyarət etmək üçün həcc ziyarətinə yollanır.

Bəs, görəsən Azərbaycanda əhalinin daha çox hansı təbəqəsi Həcc ziyarətinə gedir?

Apardığımız araşdırmalar zamanı məlum oldu ki, bizdə Həcc ziyarətinə daha çox keçmiş polis rəisləri, müxtəlif vəzifə tutmuş şəxslər, dolaşıq iş adamları gedir.

Möminlər onların içərisində azlıq təşkil edir. Bunun səbəbini də öyrəndik.

Uzun zaman insanlara zülm verən, tabeliklərində olanlara yuxarıdan aşağı baxan, adamların namusları ilə oynayanlar sanki sonradan öz naqisliklərini dərk edib bunu Həcc siyatərinə getməklə guya kompensasiya etmək istəyirlər.

Çoxları isə ziyarətə getməklə sadəcə “Hacı” titulunu qazanmaq istəyir.

Ancaq heç şübhəsiz ki, Həcc ziyarətinə gedənlər içərisində bütün parametrləri ilə bu ölçüyə uyğun gələnlər də az deyil.

Məsələ ondadır ki, artıq Azərbaycan cəmiyyətində o qədər Həccə gedib ən iyrənc əməllərlə məşğul olanlar var ki, daha insanlar “Hacı”lara müqəddəs bir varlıq kimi yanaşmır. Bir sözlə, yuxarıda sadaladıqlarımız Həcc ziyarətinə getməklə insanların gözündən “Hacılar”ı salıblar.

Məsələ ilə bağlı Hacı Şahin Həsənli Modern.az-a bildirib ki, Həcc ziyarəti imkanı olan insanlara vacib buyurulub: “Yəni Həccin xərclərini ödəyən, ziyarətdə olduğu müddətdə ailəsinin ehtiyaclarını təmin edə bilən insanlar Həcc ziyarətinə gedir. Buna görə də çox zaman həcc ziyarətinə imkanlı və kiminsə tərəfindən göndərilən insanlar gedir.

Müxtəlif təbəqələrdən, hansısa sahibkarlıq fəaliyyəti ilə məşğul olan, dövlət müəssisələrində işləyən insanların həcc ziyarətinə getməsinin şahidi olmuşuq. Amma üstünlüyü daha çox hansı təbəqə təşkil edir, bu haqda dəqiq məlumat deyə bilmərəm. Yəqin ki, illər keçdikcə, insanlar həccin mahiyyətini anladıqca, dini düzgün şəkildə başa düşdükcə həccə gedənlərin sayı artar.

İcra hakimi müavinlərinin, deputatların hətta hüquq mühafizə orqanlarında işləyənlərin də həcc ziyarətində olmasına şahid olmuşam. İnsanların fəallığının artması üçün dinin dəyərlərin, həccin mahiyyətinin düzgün şəkildə çatdırılmasına ehtiyac var. İnsanlar həccin necə böyük bir ayin olduğunu, hansı dəyərlərin aşıladığını, nə qədər faydalı olduğunu anlasalar istənilən əmələ rəğbət çoxalar. Sadəcə olaraq bu istiqamətdə də düzgün maarifləndirmə işləri aparılarsa, həccə getməyin sayı çoxalar. Halbuki ildən-ilə çoxalmanın şahidi oluruq. Bu sahədə müəyyən qədər irəliləyiş var. Dini bilgilərin keyfiyyət yüksəldikcə həccə gedənlərin sayında ciddi artım ola bilər”.

Həmçinin oxuyun

“Məni 3 manatlıq şorbaya görə iftara dəvət etməyin”

“Məni 3 manatlıq şorbaya görə iftara dəvət etməyin”Müğənni Kərim Abasov onu iftar süfrəsinə dəvət edən …

Bir cavab yazın