Şənbə , Dekabr 5 2020
Ana səhifə / Şou Biznes / Azərbaycanda hakimin iti oğurlandı: – mükafat var

Azərbaycanda hakimin iti oğurlandı: – mükafat var

Azərbaycanda Alabay cinsindən olan bahalı it oğurlanıb.

Sabunçu rayon Polis İdarəsinin 42-ci Polis Bölməsindən (PB) Report-a verilən məlumata görə, itin sahibi Samir Mayılov PB-yə müraciət edərək itinin tapılmasın üçün köməklik göstərilməsini xahiş edib.

Bundan başqa, S.Mayılov elan saytlarına da elan verərək, itini tapan şəxsə min manat mükafat vəd edib.

Məlumata görə, iti itmiş S.Mayılov Xəzər Rayon Məhkəməsinin hakimidir.

Həmçinin oxuyun

“İşğaldan azad olunan torpaqlara ilk ayaq basanda “Qarabağ şikəstəsi”-ni ifa edəcəm”

Bu günkü musiqili qonağı tanınmış ifaçı Şəbnəm Tovuzludur. İfaçı bizimlə söhbətində Qarabağla bağlı arzularından və …

Bir cavab yazın