Cümə , Oktyabr 30 2020
Ana səhifə / Şou Biznes / Azərbaycanda futbolçu məşq zamanı öldü

Azərbaycanda futbolçu məşq zamanı öldü

Futbol üzrə Azərbaycan çempionatının I divizionunda mübarizə aparan “Zaqatala” klubunun düşərgəsində ölüm hadisəsi qeydə alınıb.

Apasport.az  xəbər verir ki, əyalət təmsilçisinin heyətində afrikalı futbolçu dünyasını dəyişib.

Faktı klubun prezidenti Musa Qurbanov da təsdiqləyib. O bildirib ki, Maykl Umanyika bu gün günorta saatlarında vəfat edib.

“Maykl ötən mövsüm də bizim komandada çıxış edirdi. Dünən yenidən bizə qoşuldu. Bu gün isə məşq zamanı vəfat etdi. Deyiləcək söz yoxdu, danışmaq çox çətindi. O, keçən mövsüm bizdə olanda bütün müayinələrdən keçmişdi. Ancaq indi təzə gəlib. Məşqdə də belə olub. Mən özüm indi Bakıdayam. Sabah Zaqatalaya gedəcəyəm” – deyə, Qurbanov bildirib.

Futbolçunun meyiti Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Zaqatala rayon şöbəsinə aparılıb.

Zaqatala Mərkəzi Xəstəxanasından verilən məlumata görə, ilkin versiyaya əsasən futbolçunun ölümünə səbəb ürəyində trombun qırılması olub.

Faktla bağlı araşdırma aparılır.

Həmçinin oxuyun

Ajda Pekkan Azərbaycan Ordusuna 400 min dollar ianə etdi

Məşhur türkiyəli sənətçi Ajda Pekkan Azərbaycan xalqı üçün təqdirəlayiq addım atıb. O, Azərbaycan Respublikasının Silahlı …

Bir cavab yazın