Cümə axşamı , Dekabr 2 2021
Ana səhifə / Şou Biznes / Azərbaycanda fəxri adlar pulla satılır? – “Axı onlar nə oxuyurlar…“

Azərbaycanda fəxri adlar pulla satılır? – “Axı onlar nə oxuyurlar…“

Ötən həftə Prezident İlham Əliyevin sərəncamı ilə bir neçə mədəniyyət və incəsənət xadiminə fəxri adlar verildi. Onların arasında “Tərəqqi” medalı, əməkdar artist, əməkdar rəssam, əməkdar mədəniyyət işçisi adına layiq görülənlər oldu. 

Amma təltifetmə marasimi bu dəfə də birmənalı qarşılanmadı. Bəzi şəxslərin fəxri ad alması öz həmkarları tərəfindən etirazla qarşılandı. Onlar fəxri adlar siyahısını hazırlayan Mədəniyyət Nazirliyinə öz etirazlarını bildirdilər. Bir qisim isə fəxri adların ləğv olunmasınının vacibliyini vurğulayaarq, bu adların sənətkarlar arasında ayrı-seçkilik yaratdığını dedilər.

Ötən gün müğənni Ülvi Qılınc keçmiş mədəniyyət naziri Əbülfəs Qarayev, eləcə də yeni təyin olunmuş nazir Anar Kərimovun ünvanına sərt fikirlər səsləndirdi.

Müğənninin fəxri adların pulla satıldığını iddia etməsi müzakirələrə səbəb oldu.

Mövzu ilə bağlı fikirlərini Yenisabah.az-la bölüşən Xalq artisti Cavan Zeynallı bu barədə danışsa, qalmaqal yaradacağını bildirib:

“Bilirsiniz, mən heç bilmirdim o vaxt kimlərə nə ad verirdilər, o qədər çox adlar verilirdi ki. Son dəfə ad alanların siyahısına da heç baxmamışam, açığı, bunlar mənim üçün maraqlı deyil. Çünki baxıram, sonra fikirləşirəm ki, axı bunlar nə oxuyurlar? Harda oxuyurdular? Bu fəxri ad məsələsi elə bir mövzudur ki, danışsam, skandal olacaq. Mən də istəmirəm ki, Cavan Zeynallının adı belə qalmaqallarda hallansın. Mənim yüksək adım var, 2019-cu ildən Xalq artistiyəm, mən xırda ulduzlardan deyiləm axı… Gəlirlər hər gün nələrsə çalıb-oxuyurlar, gündəmə gəlirlər, mən onlar kimi deyiləm, ayrı adamam, ona görə istəmirəm adım qalmaqallarda çəkilsin. Həyatımın 35 ilini qastrollarda olmuşam, özümü sənətimə həsr etmişəm,  mənə qalmaqallar yaraşmır”. 

Həmçinin oxuyun

Erotik video paylaşan müğənnidən qalmaqallı sözlər: “Bunları etməyən kişilər, özünüzə gəlin” (FOTOLAR)

Erotik video paylaşan müğənni kişilərə çağırış edib. Milli.az bildirir ki, qalmaqallı müğənni Tuğba Ekinci paylaşımı …