Çərşənbə , Aprel 24 2024
Ana səhifə / Şou Biznes / Azərbaycanda dövlət qeydiyyatına alınan QHT-lərin və KİV-lərin – SAYI

Azərbaycanda dövlət qeydiyyatına alınan QHT-lərin və KİV-lərin – SAYI

“Azərbaycanda dövlət qeydiyyatına alınan qeyri-kommersiya təşkilatlarının ümumi sayı artaraq 4 300-ü, KİV-lərin sayı isə 5 100-ü ötüb”.

“Report”un məlumatına görə, bunu ədliyyə naziri Fikrət Məmmədov yanvarın 31-də Ədliyyə Nazirliyində keçirilmiş geniş kollegiya iclasında bildirib.

Onun sözlərinə görə, vətəndaş cəmiyyəti institutlarının fəaliyyətinə dəstəyin artırılması, qrantların verilməsi prosedurunun sadələşdirilməsi və şəffaflığın təmin olunması üçün dövlət başçısının tapşırığına əsasən xarici donorlar tərəfindən ölkə ərazisində qrantların verilməsi prosedurunda “bir pəncərə” prinsipinin tətbiqinə başlanılıb, bununla bağlı qeyri-kommersiya qurumlarına və fiziki şəxslərə münasibətdə əlaqələndirici qurum kimi müəyyən olunmuş Ədliyyə Nazirliyi tərəfindən bir sıra tədbirlər görülüb.

Həmçinin oxuyun

Cavanşir Məmmədovu hirsləndirən zəng kimdən gəlmişdi? – VİDEO

Cavanşir Məmmədovun ölümü ilə bağlı şok detallar məlum olub. Bu  barədə  ATV  kanalında  yayımlanan  “Bizimləsən” …

Bir cavab yazın