Çərşənbə , İyul 17 2019
Ana səhifə / Şou Biznes / Azərbaycanda dolma festivalı keçirildi – FOTOLAR

Azərbaycanda dolma festivalı keçirildi – FOTOLAR

Bu gün Heydər Əliyev Fondunun, Abşeron rayon İcra Hakimiyyətinin, Mədəniyyət və Turizm Nazirliyinin, Milli Kulinariya Mərkəzinin və Azərbaycan Milli Kulinariya Assosasiyasının birgə təşkilatçılığı ilə Azərbaycanda I Beynəlxalq Dolma Festivalı keçirilib.

AzVision.az xəbər verir ki, tədbirdə Abşeron rayon İcra Hakimiyyətinin başçısı İradə Gülməmmədova, Mədəniyyət və Turizm nazirinin müavini Vaqif Əliyev, Milli Kulinariya Mərkəzinin drektoru Tahir Əmiraslanov, ictimai xadimlər və KİV nümayəndələri iştirak edib.

Festivalın iştirakçıları əvvəlcə Xırdalan şəhərindəki Heydər Əliyev Parkına yürüş edib və Heydər Əliyevin xatirəsinə ucaldılmış abidənin önünə çiçəklər düzərək xatirəsini anıblar.

Daha sonra isə “Neapol” restoranın festivalın rəmzi lenti kəsilərək müsabiqəyə start verilib. Müsabiqəyə respublikanın 24 rayonundan (Abşeron, Zəngilan, Xızı, Xaçmaz, Xocəvənd, Qubadlı, Nizami, Qəbələ, Nərimanov, Sumqayıt şəhəri, Binəqədi, Şuşa, Kəlbəcər, İsmayıllı, Qusar, Şirvan, Quba, Şamaxı, Xəzər,Salyan, Xətai, Masallı, Şabran, Laçın) 400-ə yaxın iştirakçı qatılıb.

Eyni zamanda Azərbaycanda fəaliyyət göstərən 25 diplomatik korpus təmsilçiləri (Argentina, Qırğızıstan, İtalya, Yaponya, Qazaxıstan, Korea, İsrail, İran, Belarus, Çin, Fransa, Hindistan, İndoneziya, Pakistan, Rumınya, Rusiya, Serbiya, Tacikistan, Türkiyə, Ukrayna, Amerika Birləşmiş Ştatları, Özbəkistan, Əfqanıstan, İsveçrə, Misir) 200-yə yaxın qonaq iştirak edib.

Bu ölkələrdən üçünün – Ukrayna, İndoneziya və Türkiyənin aşbazları tərəfindən hazırlanan dolma münsiflər heyətinə təqdim olunub.

Bununla yanaşı, ölkəmizdə fəaliyyət göstərən 3 restoran (“Xanədan”, “Sərin”, “Buta Palace”) aşbazları tərəfindən bişirilən dolma çeşidləri də festivala rəng qatıb.

Həmçinin oxuyun

“Şəbnəm Tapdıq mənə deyir ki, adını ya Şəbnur, ya da Şəbtac qoy” – Şəbnəm Tovuzlu

“Şəbnəm Tapdıq mənə deyir ki, adını ya Şəbnur, ya da Şəbtac qoy”. Mia.az xəbər verir ki, …

Bir cavab yazın