Şənbə , Aprel 20 2024
Ana səhifə / Şou Biznes / Azərbaycanda daha çox oğlanlar intihar edir

Azərbaycanda daha çox oğlanlar intihar edir

Azərbaycanda uşaqlar arasında intihara cəhdlər daha çox oğlanlar tərəfindən edilir.

AzVision.az xəbər verir ki, bunu Trend-ə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Uşaq problemləri şöbəsinin böyük məsləhətçisi Pərviz Əliyev deyib.

Onun sözlərinə görə, bütün illərdə intihar edən uşaqlar arasında oğlanlar üstünlük təşkil edib. Oğlanlar yeniyetmə dövrlərində – 14-15 yaşlarında intihara daha çox cəhd edirlər.

Komitə rəsmisi oğlanların hansı səbəbdən intihara daha çox cəhd etməsini öyrənmək üçün araşdırmaların aparılmasına ehtiyac olduğunu deyib: “Təəssüf ki, belə bir araşdırma aparılmayıb. Məncə, bununla bağlı bir araşdırma aparmaq lazımdır”.

P.Əliyev bildirib ki, uşaq intiharlarının qarşısını almaqdan ötrü uşaqlar arasında sorğu da keçiriblər: “Məlum olmuşdu ki, uşaqlara daha çox təsir edən ailədəki etinasızlıq hallarıdır. Ailə daha çox qızın fikirlərinə, istəklərinə önəm verir, qıza qarşı etinasız olmur. Amma oğlan uşaqlarına qarşı ailə çox vaxt etinasız olur. Oğlanlar evdən daha uzaq olur, öz problemlərini evdə deməkdən çəkinirlər. Qızlar öz problemlərini analarına rahat deyirlər, oğlanlar isə demirlər”.
O deyib ki, statistikaya əsasən, 2014-cü illə müqayisədə 2015-ci ildə uşaq intiharlarının sayı azalıb. 2014-cü ildə ölümlə nəticələnən uşaq intiharlarının hər biri ilə bağlı prokurorluq orqanlarında Cinayət Məcəlləsinin 125-ci maddəsi ilə (özünüöldürmə həddinə çatdırma) 13 iş, 2015-ci ildə isə 7 iş açılıb.

Hər bir uşaq intiharı ilə bağlı araşdırma apardıqlarını deyən P.Əliyev qeyd edib ki, prokurorluq orqanlarının komitəyə verdiyi məlumatlara və komitənin özünün apardığı araşdırmalara əsasən, uşaq intiharları daha çox ailədə baş verən münaqişələrin, zorakılıq hallarının, uşaqlara etinasız münasibət göstərilməsinin, uşağın fikirlərinin dinlənilməməsinin nəticəsi kimi meydana çıxır.

Həmçinin oxuyun

“Başıma bu cür faciə gəldi, reytinq yığdılar” – Mətanət İsgəndərli

“Kimə ki, etibar, yaxşılıq edirsən və xətrini çox istəyirsən, o səni həmişə vurur. Hər şeyi …

Bir cavab yazın