Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Şou Biznes / Azərbaycanda dəhşətli müalicə: başdan qan çıxarma (VİDEO)

Azərbaycanda dəhşətli müalicə: başdan qan çıxarma (VİDEO)

Azərbaycanda türkəçarə yolla müalicə həyata keçirilib.

BAKU.WS-in məlumatına görə, hacamat adı verilən müalicə üsulu ilə dəri altında yığılmış, bədəndə xəstəliklərə səbəb olan toksin qan vakumlanaraq çıxarılır. Hacamat Peyğəmbərin və buyurduğu və ona edilmiş müalicə üsuludur. Bakıda çəkildiyi güman edilən görüntülərdə şəxsin alına belə banka qoyulduğu görünür.

Hacamat ağrısız və yataqda yatmadan müalicə olunub, xəstəliklərdən qorunmaq üçün ən asan yoldur. Hacamat sözü ərəbcə tərcümədə “əmmək”, “normal halına gətirmək” deməkdir. Hacamat düzgün vaxtda müəyyən fasilələrlə üsuluna uyğun olaraq edilsə, bədənin çıxara bilmədiyi ağır metallar, toksinlərin, sərbəst radikallar, dərmanların və hormonlu qidaların bədəndə buraxdığı qalıqları əmərək bədənimizin normal formaya gəlməsinə kömək olur.

Hacamat islam ölkələrində çox məşhur olmaqla yanaşı Avropa ölkələri, o cümlədən bütün dünyada tətbiq olunan bir müalicə metodudur. Ənənəvi olaraq buynuzla edilən hacamat, indiki vaxtda şüşə banklar və ya vakum bankaları ilə edilir. Bu proses isə ümumiyyətlə ülgüc köməyi ilə edilir. Istifadə edilən ülgücün, təzə olmasına diqqət edilməlidir.

Hacamatın faydaları nələrdir?

Hacamat hər şeydən qabaq bir qan dəyişmə deməkdir. Onun üçün də immunitet sisteminə bağlı bütün xəstəliklərin müaalicəsi bu üsulla aparılır və xəstəliklərdən qoruyur.

İmmunitet sistemini qüvvətləndirir, bədənin müqavimətini artıraraq xəstəliklərdən qoruyur.

Qanda yığılmış ağır metal və toksinlərin atılmasını təmin edir.

Qan dövranı ilə lazımlı orqanları xəbərdar edir, qan dövranını və maddələr mübadiləsini tənzimləyir.

Ağrıların aradan qaldırılması və şişə qarşı təsirlidir.

Miqren, bel-boyun yırtıqları, oynaq ağrıları, qaraciyər problemləri, ürək xəstəlikləri, psixoloji xəstəliklər, unutqanlıq, göz problemləri, xroniki yorğunluq, təzyiq kimi immunitet sisteminə bağlı bütün xroniki xəstəliklərin müalicəsində tətbiq olunur.

Ümumiyyətlə kürək bölgəsindən tətbiq edilsə də, etdirən adamın xəstəliyinə, şikayətinə görə başına və bədənin digər nöqtələrinə da tətbiq oluna bilər. Ancaq tətbiq ediləcək hissə həkim tərəfindən təyin olunmalıdır. Bəzən biz bu prosesi evdə edirik. Amma həkimlər bunu da məsləhət görmür. Çünki insanlar bu üsulun hansı nahiyəyə ediləcəyini dəqiq bilmirlər. Ona görə də təsirini bəzi hallarda görmürlər. Bu prosesi etmək istəyirsinizsə, həkiminizlə məsləhətləşin.

Həmçinin oxuyun

“Səsim batmışdı, elə bilirdilər lalam”

“Səsim necə batmışdısa… 2 il zorla danışırdım”.  Axşam.az xəbər verir ki, bu sözləri aşıq Zülfiyyə …

Bir cavab yazın