Cümə , Aprel 19 2024
Ana səhifə / Şou Biznes / Azərbaycanda bir ay ərzində yol qəzaları 43 can alıb – STATİSTİKA

Azərbaycanda bir ay ərzində yol qəzaları 43 can alıb – STATİSTİKA

2016-ci ilin yanvar ayı ərzində respublika ərazisində 140 yol-nəqliyyat hadisəsi qeydə alınıb, nəticədə 43 nəfər həlak olub, 147 nəfər yaralanıb. 2015-ci ilin müvafiq dövrü ilə müqayisədə qəzaların sayı 68 fakt (32,7%), həlak olanların sayı 31 nəfər (41,9%), yaralananların sayı 68 nəfər (31,6%) azalıb.
Bu barədə Modern.az-a Baş Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev məlumat verib.
Bakı şəhəri ərazisində 47 yol-nəqliyyat hadisəsi qeydə alınıb, bunların nəticəsində 12 nəfər həlak olub, 48 nəfər yaralanıb. 2015-ci illə müqayisədə yol-nəqliyyat hadisələrinin, həlak olanların və yaralananların sayı uyğun olaraq 30 fakt (39%), 12 nəfər (57%), 30 nəfər (38,5 %) azalıb.
Respublika üzrə qeydə alınmış yol-nəqliyyat hadisələrinin 35%-i (49 hadisə, 17 ölüm, 59 yaralı) ötmə və qarşıdan gələn nəqliyyatın yoluna çıxma, 22,8%-i (31 hadisə, 12 ölüm, 26 yaralı) nəqliyyat vasitələrinin yüksək sürətlə idarə olunması, 17,1%-i (24 hadisə, 4 ölüm, 32 yaralı) yolayrıclarını keçmə qaydalarının pozulması, 2,8%-i (4 hadisə, 1 ölüm, 3 yaralı) nəqliyyat vasitələrinin sərxoş vəziyyətdə idarə olunması səbəbindən baş verib.
Yol-nəqliyyat hadisələrinin 38,5%-ni (55) piyadaların vurulması təşkil edib, nəticədə 22 piyada həlak olub, 34-ü yaralanıb. 2 yol-nəqliyyat hadisəsi piyadaların yol hərəkəti qaydalarını pozmaları nəticəsində baş veribr. Respublika üzrə qeydə alınmış yol-nəqliyyat hadisəsi nəticəsində 2 nəfər uşaq və yeniyetmə həlak olub, 10 nəfər yaralanıb.

Həmçinin oxuyun

“Başıma bu cür faciə gəldi, reytinq yığdılar” – Mətanət İsgəndərli

“Kimə ki, etibar, yaxşılıq edirsən və xətrini çox istəyirsən, o səni həmişə vurur. Hər şeyi …

Bir cavab yazın