Şənbə , Avqust 24 2019
Ana səhifə / Şou Biznes / Azərbaycanda bələdiyyə sədri polisə hücum etdi

Azərbaycanda bələdiyyə sədri polisə hücum etdi

Neftçala rayonunun Yeni Qışlaq bələdiyyəsinin sədri, 1940-cı ildə anadan olmuş Orucov İmanxan İsbər oğlu 5 gün əvvəl, yanvarın 9-da özünə məxsus “Mitsubişi” markalı, dövlət nömrə nişanı 47 BD 506 olan avtomobili sərxoş vəziyyətdə idarə edərkən Neftçala Rayon Polis Şöbəsinin DYP müfəttişləri tərəfindən saxlanılıb. Amma bələdiyyə sədri onu saxlamış DYP işçilərinə müqavimət göstərərək, sərxoşluq vəziyyətinin müayinəsindən boyun qaçırıb.

Hadisə yerinə çağrılmış post-patrul xidmətinin əməkdaşları İmanxan Orucovu Neftçala Rayon Polis Şöbəsinə gətirdikdən sonra həkim müayinəsi aparılıb və onun içkili vəziyyətdə olduğu təsdiqlənib.

Virtualaz.org saytının əldə etdiyi məlumata görə, bələdiyyə sədri barəsində toplanmış inzibati xəta tərkibli material (maddə 156.1) hüquqi qiymət verilməsi üçün Neftçala Rayon Məhkəməsinə göndərilib. Hazırda iş məhkəmənin icraatındadır.

Onu da qeyd edək ki, yerli polis şöbəsi İmanxan Orucovun bu qanuna zidd əməli barədə Neftçala Rayon İcra Hakimiyyətinə də təqdimat göndərib.

Həmçinin oxuyun

Azərbaycanlı model soyundu – Fotolar

Faina Zuckerman bədən quruluğu və gözəlliyi ilə hamını özünə heyran edir.  Atası yəhudi, anası azərbaycanlı …

Bir cavab yazın