Bazar ertəsi , Avqust 19 2019
Ana səhifə / Şou Biznes / Azərbaycanda aktyor özünü teatrın tualetindən asdı – Borca görə

Azərbaycanda aktyor özünü teatrın tualetindən asdı – Borca görə

Mingəçevir Dövlət Dram Teatrının aktyoru Asim Məmmədov intihara cəhd edib.

Məlumata görə, aktyor özünü teatrın ayaqyolundan assa da, son anda onu xilas etmək mümkün olub. Aktyorun həmkarları bildiriblər ki, o, sələmçilərə borclu olduğu üçün belə bir addım atıb.

****
Mingəçevir Dövlət Dram Teatrının aktyoru Asim Məmmədov özünü işlədiyi teatrın ayaqyolundan asması barədə xəbərlərə münasibət bildirib.

AzNews.az xəbər verir ki, aktyor intihara cəhd faktını bir mətbuat orqanına təsdiqləsə də, digərinə bunu inkar edib. Aktyorun təzadlı açıqlamalar verməsi isə maraq doğurur.

Asim Məmmədovun hər iki açıqlamasını təqdim edirik:
“Bu məsələnin teatra heç bir aidiyyatı yoxdur. Tanış adamlara sələmçilərdən pul götürüb vermişəm. Ümumi məbləğ 15 min dollardı. İndi də ortada qalan mənəm. Yaxşılıq etmək istədim, axırı da belə oldu. Özümü asmamışam, amma bəli, intihara cəhd etmişəm. Dərmanlar almışdım ki, içib özümü öldürüm. Sonra yaxşı yoldaşlar məni yolumdan döndərə bildilər. Sələmçilər də məndən əl çəkmirlər. Deyirlər ki, ya evini girov götürəcəyik, ya məhkəməyə verib tutduracağıq. Pulu götürüb verdiyim adamlar da demirlər ki, vermirik. Sadəcə, imkanları yoxdur. İndiyə kimi sələmçilərə ayda iki min faiz vermişik. Əməkhaqqım 170 manatdır. O pulla da borc vermək alınmır. Pulu götürəndə dilimdən “borc kağızı” almışdı, səsimi yazmışdı. Bu söhbət notariusda yox, ikimizin arasında olub. İndi də dollar qalxıb, borclular ümumiyyətlə ödəyə bilmirlər. İnsanın canı boğazına yığılanda hər şey edir”, – deyə aktyor ölkə.az saytına açıqlama verib.

AzNews.az-a danışan aktyor isə xəbərin yalan olduğunu, intihara cəhd etmədiyini deyib:”Mənim kənar borcumun teatra nə aidiyyəti var? Mən sağsağlamam və özümü teatrın tualetindən asmamışam. Nə də dərman atıb intihara cəhd etmişəm. Gəlsinlər məni ekspertizaya aparsınlar, görsünlər ki, mən özümü asmışam, ya yox? Yayılan məlumatların hamısı yalandır və şərdir”.

Məlumat üçün bildirək ki, aktyorAzNews.az-a açıqlama verən zaman teatrın direktoru Səxavət Məmmədovun yanında olub. S.Məmmədov daAzNews.az-a məsələnin yalan olduğunu deyib:”Onun kənar borcu varsa, bunun bizə aidiyyəti yoxdur. Asim yanımdadır, heç bir intihar faktından söhbət gedə bilməz. Bu saat teatrda bir tamaşa hazırlanır, bəlkə onun məşqini edirmiş Asim?”

Həmçinin oxuyun

Rəqassə Fatimənin qızı ərə getdi – FOTO\VİDEO

Hazırda paytaxtın dəbdəbəli restoranlarının birində məşhur rəqqasə Fatimə Fətəliyevanın qızı Aydanın toyu keçirilir. Diqqət çəkən …

Bir cavab yazın