Ana səhifə / Şou Biznes / Azərbaycanda 41 vəzifəli şəxs axtarışa verilib – Hesabat

Azərbaycanda 41 vəzifəli şəxs axtarışa verilib – Hesabat

Cari il ərzində Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin 161 saylı “Qaynar xətt” əlaqə mərkəzinə daxil olan müraciətlər əsasında 14 cinayət işi başlanıb.

AzVision.az – ın məlumatına görə, bunu Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyev 2016-cı ilin I yarımili ərzində görülmüş işlərlə bağlı keçirdiyi mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, hesabat dövründə Baş İdarə tərəfindən vətəndaşların 5327 müraciətinə baxılıb, həmçinin 146 cinayət xarakterli material araşdırılıb. Həmin materialların 97-i (66%) üzrə cinayət işi başlanıb, 49 (34%) material üzrə digər prokuror təsir aktları tətbiq edilməklə 60 vəzifəli şəxs intizam məsuliyyətinə cəlb edilib.

K. Əliyev əlavə edib ki, bu ilin birinci yarımilində Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin 161 saylı “Qaynar xətt” əlaqə mərkəzinə 3254 müraciət daxil olub, həmin müraciətlərin 14-ü üzrə Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri başlanıb.

Həmçinin, əlaqəli dövlət qurumları ilə birgə görülmüş tədbirlər nəticəsində digər müraciətlərin müsbət həll olunması təmin edilməklə vətəndaşların pozulmuş hüquqları bərpa edilib və aşkar edilmiş qanun pozuntularının aradan qaldırılması və gələcəkdə təkrarlanmaması məqsədi ilə aidiyyəti təşkilatlara təqdimatlar göndərilib.

Həmin dövrdə Baş İdarənin əməliyyat qurumları öz vəzifələrini uğurla icra edərək keçirdikləri əməliyyat tədbirləri nəticəsində cinayət başında yaxalanmış şəxslər barəsində 6, habelə əməliyyat üsul və vasitələrindən istifadə etməklə korrupsiya hüquqpozmaları barədə əldə edilmiş məlumatlar əsasında 15 olmaqla cəmi 21 cinayət işi başlanıb.

K.Əliyev qeyd edib ki, 2016-cı ilin I yarısının yekunlarına əsasən Azərbaycanda 41 vəzifəli şəxs barəsində axtarış elan edilib. O, qeyd edib ki, həmin şəxslərdən 12-i yerli, 29-u beynəlxalq axtarışa verilib.

K.Əliyevin sözlərinə görə, axtarışda olan 9 şəxs tutularaq istintaqa təhvil verilib.

Həmçinin oxuyun

Xalq artisti çimərlik paltarında klip çəkdirdi – VİDEO

Xalq artisti Brilliant Dadaşova “Tet-a-tet” mahnısına çəkilən yeni klipini təqdim edib. Publika.az xəbər verir ki, mahnının …

Bir cavab yazın