Şənbə , Aprel 20 2024
Ana səhifə / Şou Biznes / Azərbaycanda 3 manata görə 3 yaşlı körpəni otaqda həbs etdirən bağça müdiri haqqında qərar verildi – Cəza

Azərbaycanda 3 manata görə 3 yaşlı körpəni otaqda həbs etdirən bağça müdiri haqqında qərar verildi – Cəza

Bakının Binəqədə rayonunda yerləşən 210 saylı uşaq bağçasında baş vermiş qalmaqalla bağlı qərar verilib.

Avropa.info xatırladır ki, valideyn Vəfa Səfərova 3 yaşlı qızı Əsmərin 210 saylı uşaq bağçasının müdiri Həmidə Əliyeva tərəfindən işgəncəyə məruz qaldığını iddia etmişdi. Valideyn bildirirdi ki, bağça müdiri 3 manata görə övladını bayram tədbirinə buraxmayıb və hətta və kiçik qızçığazı otaqda həbs etdirib. Artıq bağça müdiri ilə bağlı qərar verilib. Bu haqda Avropa.info-ya valideynin özü məlumat verib.

“Bildiyiniz kimi 3 manat vermədiyimizə görə, müdirə İyunun 1- Uşaqların Beynəlxalq Müdafiəsi günündə hələ 3 yaşı olmamış körpə Əsməri bağçada keçirilən bayram tədbirindən uzaqlaşdırıb texniki işçiylə birgə otaqda dustaq etmişdi. Bu məsələni ictimai qınağına səbəb oldu və tezliklə məsələ aidiyyatı qurumlara da gedib çatdı. Məsələyə birbaşa aidiyyatı olan Bakı Şəhər İcra Hakimiyyəti məktəbəqədər müəsisələrin idarə rəisi Eldar Yunusov bizi ora dəvət etdi. Müdirə, müəllimə və xadimə ilə birgə. Müdir Əsmərin həmin gün, həmin tədbirdə çəkilən fotosunu təqdim elədi. Bu bir az aldadıcı təsir göstərdi. Yəni içimdə bir az rahatlıq yarandı ki, uşaq tək qalmayıb. Lakin sonradan bildik ki, uşaq şəkil çəkiləndən sonra aparılıb salınıb otağa . Yəni müdirənin gözü elə ordaca balaca qızcığaza sataşıb. “Cəzasını” da elə ordaca kəsib. Beləliklə qəbul vaxtı müdir, müəllimə və xadimə üzümüzə durdular ki, uşaq tədbirdə olub. Gah dedilər uşağı gün vurdu özünü pis hiss elədi, gah dedilər uşaq şalvarını batırdı, gah dedilər kloundan qorxdu. Orda Eldar müəllim bildirdi ki, tədbirdə çəkilən video görüntüdən sonra yekun qərar veriləcək. Lakin bu məsələ bir az uzandı, çünki Eldar müəllimin məzuniyyətə gedən vaxtına düşmüşdük. Beləcə bu gün yenidən İH-nə dəvət olunduq. Eldar müəllim özü qəbul elədi. Keçən dəfəki kimi səmimi, mehriban, anlayışlı. Bildirdi ki, videoya baxılıb, ama Əsmər orda yoxdur. Bu da bir çox mətləblərə işıq salır. Müdir ilə ciddi şəkildə danışılıb və ona şiddətli töhmət verilib. Mən Eldar müəllimdən üzr istiyərək həmin əmri görmək istədiyimi dedim. Həmin əmri mənə göstərdi. Orda 210 saylı bağçanın müdiri Həmidə Əliyevaya işində yol verdiyi ciddi nöqsanlara görə şiddətli töhmət verildiyi və eyni zamanda bu xəbərdarlıqdan sonra həmin bağça ilə əlaqədar hər hansı bir şikayət, narazılıq baş verərsə dərhal işdən azad olunması haqqında əmr veriləcəyi yazılmışdı.

Mən də yoldaşım da soruşduq Eldar müəllimdən ki, bəs müdir özü niyə yoxdur? Onun üzrxahlıq edəcəyini, səhvini boynuna alacağını düşünürdük. Eldar müəllim gülümsəyərək bildirdi ki, səhvi boynuna alıb üzr istəyə bilmək bir mədəniyyətdir. Amma bu müəsisənin rəhbəri olaraq mən sizdən üzr istəyirəm. Bir daha belə bir hal təkrar olunmayacaq!”

Həmçinin oxuyun

“Başıma bu cür faciə gəldi, reytinq yığdılar” – Mətanət İsgəndərli

“Kimə ki, etibar, yaxşılıq edirsən və xətrini çox istəyirsən, o səni həmişə vurur. Hər şeyi …

Bir cavab yazın