Bazar ertəsi , Avqust 19 2019
Ana səhifə / Şou Biznes / Azərbaycanda 27 vəzifəli şəxs işdən çıxarılıb

Azərbaycanda 27 vəzifəli şəxs işdən çıxarılıb

Vətəndaşların müraciətlərinə baxılması və qəbulu məsələləri 2016-cı ildə mərkəzi icra hakimiyyəti orqanlarında keçirilmiş 187 kollegiya iclasında, həmçinin bir çox müşavirə və toplantılarda müzakirəyə çıxarılıb.

Bu barədə Azərbaycan Respublikası Prezidenti Administrasiyasının (PA) Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Süleyman İsmayılov məlumat verib.

O bildirib ki, yol verilən nöqsanlara görə 1712 cavabdeh şəxslə bağlı tədbirlər görülüb, o cümlədən 858 nəfərə töhmət və şiddətli töhmət verilib, 31 nəfər aşağı vəzifəyə keçirilib, 5 nəfərin ixtisas dərəcəsi aşağı salınıb, 114 nəfərin əmək müqaviləsinə xitam verilib, 16 nəfərin vəzifə maaşı azaldılıb, 3 nəfərə cərimə kəsilib. Bundan başqa, 685 nəfərə xəbərdarlıq edilib:

“2016-cı ildə şəhər və rayon icra hakimiyyətləri başçıları yanında keçirilmiş 363 şura iclasında, həmçinin müşavirələrdə vətəndaş müraciətlərinə baxılması vəziyyəti müzakirəyə çıxarılıb. Müraciətlərə baxılmasına cavabdeh 335 şəxs barəsində tədbirlər görülüb, o cümlədən 59 nəfərə töhmət və şiddətli töhmət verilib, 6 nəfər aşağı vəzifəyə keçirilib, 9 nəfərin əmək müqaviləsinə xitam verilib. Bundan başqa, 261 nəfərə xəbərdarlıq olunub”.

PA rəsmisi deyib ki, 2016-cı ildə nəzarətə götürülmüş müraciətlər əsasında ayrı-ayrı şəxslər barəsində hüquq mühafizə orqanları tərəfindən araşdırmalar aparılıb, qanun pozuntusuna yol vermiş hüquqi və fiziki şəxslər cərimə olunub, vətəndaşların hüquqları bərpa edilib:

“Nəzarətə alınmış müraciətlərə baxılması nəticəsində Daxili İşlər, Maliyyə, Səhiyyə, Təhsil, Mədəniyyət və Turizm, Ekologiya və Təbii Sərvətlər nazirliklərində, Dövlət Təhlükəsizliyi Xidmətində, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində, Şəmkir RİH-də və başqa təşkilatlarda 27 nəfər vəzifəli şəxs vətəndaşlara münasibətdə süründürməçiliyə, vəzifə səlahiyyətlərindən sui-istifadəyə, müraciətlərin araşdırılmasında səhlənkarlığa yol verdiklərinə, etik davranış qaydalarını pozduqlarına görə vəzifəsindən kənarlaşdırılmış, 33 nəfər barəsində intizam tənbehi və ya inzibati məsuliyyət tədbirləri görülüb.

Ötən il vətəndaşların haqlı narazılığını doğuran pozuntulara, korrupsiyaya şərait yaradan və digər neqativ hallara yol verdiklərinə görə 6 hakimin fəaliyyəti qeyri-məqbul qiymətləndirilməklə səlahiyyətlərinə xitam verilib, 12 hakim intizam məsuliyyətinə cəlb olunub, o cümlədən 2 nəfərin tutduğu vəzifədən azad olunması barədə qərar qəbul edilib.

Həmçinin oxuyun

Rəqassə Fatimənin qızı ərə getdi – FOTO\VİDEO

Hazırda paytaxtın dəbdəbəli restoranlarının birində məşhur rəqqasə Fatimə Fətəliyevanın qızı Aydanın toyu keçirilir. Diqqət çəkən …

Bir cavab yazın