Çərşənbə , Aprel 24 2024
Ana səhifə / Şou Biznes / Azərbaycana gələn xaricilərin 30 faizdən çoxu Rusiya vətəndaşlarıdır

Azərbaycana gələn xaricilərin 30 faizdən çoxu Rusiya vətəndaşlarıdır

Azərbaycana daxil olan xarici vətəndaşların 32 faizdən çoxu Rusiya vətəndaşlarıdır.

Trend-in məlumatına görə, bu açıqlamanı Azərbaycan-Rusiya forumu çərçivəsində Mədəniyyət və Turizm Nazirliyi Turizm Departamentinin rəhbəri Rauf Paşayev verib.

O, turizm sektorunun Azərbaycan iqtisadiyyatında mühüm rol oynadığını bildirib. R.Paşayev deyib: “Ötən il ölkə iqtisadiyyatında turizmin həcmi 3 faizdən çox olub. Bu, neft ölkəsi üçün kifayət qədər yaxşı göstəricidir.”

Bu gün Bakıda VII Azərbaycan-Rusiya regionlararası forumu keçirilib. Forum çərçivəsində iki ölkə arasında bir çox sahələrdə əməkdaşlıq perspektivləri müzakirə olunub.

Həmçinin oxuyun

Cavanşir Məmmədovu hirsləndirən zəng kimdən gəlmişdi? – VİDEO

Cavanşir Məmmədovun ölümü ilə bağlı şok detallar məlum olub. Bu  barədə  ATV  kanalında  yayımlanan  “Bizimləsən” …

Bir cavab yazın