Şənbə , Aprel 20 2024
Ana səhifə / Şou Biznes / Azərbaycan yığmasının baş məşqçisi: “94 milyon avroya donuz alıblar…” – QALMAQAL

Azərbaycan yığmasının baş məşqçisi: “94 milyon avroya donuz alıblar…” – QALMAQAL

Futbol üzrə Azərbaycan milli yığma komandasının baş məşqçisi Robert Prosineçki bütün idman cameəsində geniş rezonans doğuran qalmaqallı açıqlama verib.

Virtualaz.org xəbər verir ki, baş məşqçisi İtaliyanın “Yuventus” klubunun oyunçusu Qonsale İquaini “kök donuz” adlandırıb.

“Yuventus” klubu İquaini “Napoli” klubundan 94 milyon avroya transfer edib. Lakin “Yuventus”un tərkibində ilk dəfə “Vest Hem” klubuna qarşı meydana çıxan İquain çəkisinin artıq olması səbəbindən yaxşı oyun göstərə bilməyib və tənqiqlərlə üzləşib.

Ən sərt tənqid isə Prosineçkidən gəlib. “Mən İquaini görəndə şoka düşdüm. O, məndən də kökdür. “Yuventus” top-forvarda 94 milyon avro ödəyib, əvəzində balaca donuz balası alıb”-baş məşqçi deyib.

Həmçinin oxuyun

“Başıma bu cür faciə gəldi, reytinq yığdılar” – Mətanət İsgəndərli

“Kimə ki, etibar, yaxşılıq edirsən və xətrini çox istəyirsən, o səni həmişə vurur. Hər şeyi …

Bir cavab yazın