Çərşənbə axşamı , Aprel 16 2024
Ana səhifə / Şou Biznes / Azərbaycan uğrunda həlak olmuş xüsusi təyinatlılar – FOTOLAR

Azərbaycan uğrunda həlak olmuş xüsusi təyinatlılar – FOTOLAR

Bu gün, aprelin 1-də Azərbaycan Silahlı Qüvvələri Xüsusi Təyinatlılar Komandanlığının və xüsusi təyinatlıların ailə üzvlərinin iştirakı ilə keçənilki aprel müharibəsi zamanı bu dəstədən qəhrəmancasına həlak olmuş döyüşçülərin anım mərasimi keçirilib.

Xatırladaq ki, Xüsusi Təyinatlılar Dəstəsinin komandiri şanlı general Hikmət Mirzəyevdir.

Mərasim iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin büstü önünə güllər düzərək, xatirəsini hörmətlə yad ediblər. Sonra Azərbaycanın ərazi bütövlüyü uğrunda həyatını qurban verərək həlak olmuş əsgərlərin şərəfinə ağaclar əkilib.

Həlak olanların anım mərasimindən sonra ehsan verilib.

Həlak olmuş xüsusi bölmə əsgərlərinin valideynləri bugünkü mərasimdən şəkilləri redaksiyamıza təqdim ediblər.

Allah rəhmət eləsin!

Həmçinin oxuyun

“Başıma bu cür faciə gəldi, reytinq yığdılar” – Mətanət İsgəndərli

“Kimə ki, etibar, yaxşılıq edirsən və xətrini çox istəyirsən, o səni həmişə vurur. Hər şeyi …

Bir cavab yazın