Cümə , Aprel 19 2024
Ana səhifə / Şou Biznes / Azərbaycan Tibb Universitetini bitirib Türkiyəyə qayıtdı, diplomu tanınmadı

Azərbaycan Tibb Universitetini bitirib Türkiyəyə qayıtdı, diplomu tanınmadı

2006-cı ildə Azərbaycan Tibb Universitetinə daxil olmuş Türkiyə vətəndaşı Emre Işık 2013-cü ildə məzun olduqdan sonra vətəninə qayıdıb və işsiz qalıb. İşsiz qalması bir yana, onu əsgərliyə də ali təhsilli zabit kimi deyil, lisey məzunu adi əsgər kimi göndərirlər.

Virtualaz.org “Yeni Şafak” qəzetinə istinadən xəbər verir ki, Emrenin sözlərinə görə, Azırbaycana getməmişdən əvvəl Türkiyənin Ali Təhsil Qurumuna müraciət edib və ona Azərbaycan Tibb Universitetinin diplomunun tanınması ilə bağlı zəmanət verilib.

Lakin 2009-cu ildə həmin qərara yenidən baxılıb və hazırda bu diplom Türkiyədə tanınmır. “7 il universitet oxumuş adamla lisey məzunu kimi davranmaları insana toxunur”, – Emre deyir.

Bildirildiyinə görə, xaricdə təhsil alıb gəlmiş məzunlar Türkiyədə Tibb uzmanlıq imtahanı verməlidirlər. Maraqlısı odur ki, Türkiyədə universitet bitirənlər üçün uzmanlıq imtahanında 45 bal toplamaq məqbul qiymət üçün kifayət edirsə, xaricdə oxuyub gələnlər ən azı 64 bal toplamalıdırlar.

Həmçinin oxuyun

“Başıma bu cür faciə gəldi, reytinq yığdılar” – Mətanət İsgəndərli

“Kimə ki, etibar, yaxşılıq edirsən və xətrini çox istəyirsən, o səni həmişə vurur. Hər şeyi …

Bir cavab yazın