Cümə , Aprel 19 2024
Ana səhifə / Şou Biznes / Azərbaycan sovet Kislovodskunu bərpa edir

Azərbaycan sovet Kislovodskunu bərpa edir

Aprel ayında Azərbaycan əfsanəvi sovet sanatoriyası olan “Akademiçeskaya”ya vəsait yatırmağı qərara alıb. Bu barədə razılaşma Stavropol diyarının qubernatoru V.Vladimirovun Azərbaycan prezidenti İlham Əliyevlə görüşündə əldə olunub.

Virtualaz.org “Komsomolskaya pravda” nəşrinə istinadən xəbər verir ki, 2018-ci ildə Kislovodskda 1994-cü ildə bağlanmış məşhur sovet sanatoriyası olan “Akademiçeskaya”nın yenidən qurulmasına başlanacaq. Obyektin tam bərpası üçün 2,3 milyard rubl tələb olunur.

Kislovodsk şəhər başçısı Aleksandr Kurbatovun sözlərinə görə, sağlamlıq ocağının yenidən qurulması üzrə birgə iş barədə saziş diyar hökuməti, şəhər administrasiyası və investor şirkət arasında bağlanıb. “Akademiçeskaya”nın federal balansdan diyarın balansına verilməsi ilə bağlı proses artıq başlayıb.

İrimiqyaslı yenidənqurma işlərinin nəticəsində sanatoriyanın korpuslarının tutumunun 350 yer artırılması planlaşdırılır.

Həmçinin oxuyun

“Başıma bu cür faciə gəldi, reytinq yığdılar” – Mətanət İsgəndərli

“Kimə ki, etibar, yaxşılıq edirsən və xətrini çox istəyirsən, o səni həmişə vurur. Hər şeyi …

Bir cavab yazın