Şənbə , Yanvar 16 2021
Ana səhifə / Şou Biznes / Azərbaycan olimpiyaçıları Vətənə döndülər

Azərbaycan olimpiyaçıları Vətənə döndülər

Azərbaycanı Braziliyanın Rio-de-Janeyro şəhərində keçirilən Yay Olimpiya Oyunlarında təmsil edən idmançılar bu gün Vətənə qayıdıblar.

İdmançılar Heydər Əliyev Beynəlxalq Hava Limanına böyük coşqu ilə qarşılanıblar.

Qeyd edək ki, 5-21 avqust tarixlərində Braziliyanın Rio-de-Janeyro şəhərində XXXI Yay Olimpiya Oyunları keçirilib. Azərbaycan oyunlarda 56 idmançı ilə 17 idman növündə təmsil olunub.

Rio-2016-da Azərbaycan idmançıları ilk dəfə 18 medal qazanıblar: 1 qızıl, 7 gümüş və 10 bürünc medal. Həmçinin Azərbaycan Rio-de-Janeyro olimpiadasında ilk dəfə 4 idman növü – kamandan oxatma, kanoe slalom, trek velosipedi və triatlon üzrə təmsil olunub.

Azərbaycanı Rio olimpiadasında 7 hakim də təmsil edib – Aydın Ağaəliyev (gimnastika), Lyudmila Quliyeva (akademik avarçəkmə, kanoe slalom, kanoe sprint), Ramil Vəliyev (cüdo), Rauf Əliyev (sərbəst güləş), Hicran Şərifov, Vüqar Vəliyev (hər ikisi güləş), Zaur Abdullayev (boks).(Trend)

Həmçinin oxuyun

“Kim həyatını necə yaşayır, mənə dəxli yoxdur” – Nura Suri

“Səhv axtarmaq, tənqid etmək adəti bizim millətdə hardan yaranıb? Elə bir vəziyyət yaranıb ki, kimsə …

Bir cavab yazın