Şənbə , Oktyabr 24 2020
Ana səhifə / Şou Biznes / Azərbaycan mediası İFEKS-in Avropa Oyunları əleyhinə çağırışlarına əks-planlar qurur

Azərbaycan mediası İFEKS-in Avropa Oyunları əleyhinə çağırışlarına əks-planlar qurur

Azər Həsrət: “Elan edilmiş Hashtag üzərindən Azərbaycanla bağlı daha dolğun informasiyaları yerləşdirməklə məkrli niyyəti alt-üst edə bilərik”

Araz Əlizadə: “İstər şər-böhtançı beynəlxalq təşkilatların, istərsə də daxili satqınların səyləri nəticə verməyəcək”

Mərkəzi ofisi Torontoda yerləşən Beynəlxalq Söz Azadlığı Mübadiləsi Şəbəkəsi (İFEX.www.ifex.org <http://www.ifex.org/>) – dünyanın bütün qütblərində yerləşən jurnalist təşkilatlarına və insan hüquqlarının müdafiəsi üzrə ixtisaslaşmış QHT-lərə müraciət edərək, onları I Avropa Oyunlarının Azərbaycanda keçirilməsinə qarşı Twitter kampaniyasına qoşulmağa çağırıb.
Təşkilat öz çağırışında təklif edib ki, bütün QHT-lər kampaniyaya 12 iyunda, Oyunların başladığı tarixdə saat 15:00-da qoşulsun.
Təşkilat kampaniyaya qoşulanları aktiv olmağa, gün ərzində Azərbaycanla bağlı mənfi informasiyalar yerləşdirməyə çağırıb. Təşkilatın bu yönləndirməsindən sonra, mümkündür ki, dünyanın müxtəlif qütblərində yerləşən çoxsaylı QHT-lər əsl reallığı bilmədən, sadəcə İFEX-in təsiri ilə bu kampaniyaya qoşulsun və ölkəmiz haqqında mənfi informasiyalar yayılmasında rol alsın. Hesab edirik ki, Azərbaycan jurnalistləri və QHT nümayəndələri bu istiqamətdə fəallıq nümayiş etdirməlidir.
Bizim bu kampaniyaya qarşı aktiv fəaliyyət qurmaqla, bu Hashtag-da Azərbaycan həqiqətləri barədə gərəkli informasiyaları yerləşdirməyimiz lazımdır.
Məlumat üçün bildiririk ki, kampaniya I Avropa Oyunlarının rəsmi Twitter səhifəsində, #Baku2015 Hashtag-da aparılacaq.
Qeyd edək ki, İFEX-in kampaniyası Azərbaycanda kəskin etiraza səbəb olub. Azərbaycan Sosial Demokrat Partiyasının (ASDP) sədri Araz Əlizadənin sözlərinə görə, İFEX-in ölkəmizdə keçirilən birinci Avropa Oyunlarının boykot olunması məqsədilə QHT və jurnalistlərə müraciəti göstərir ki, Azərbaycanda daxili sabitliyi pozmaq istəyən qüvvələr iş başındadır və onlar oyunların keçirildiyi ərəfədə təxribatçı çağırışlarına ara verməyəcəklər: “İFEX-in kimlərin sifarişini icra etdiyini hamı bilir. Bundan öncə “Human Rights Watch”, “Freedom House”, “Sərhədsiz reportyorlar” təşkilatları boykot çağırışı ilə gündəmə gəlmişdilər. İndi də bu işi “İFEX” görür. Heç şübhəsiz, ilk Avropa Oyunlarının keçirildiyi ərəfədə Azərbaycanın uğurlarını həzm edə bilməyən, dövlətimizin sürətli inkişafından narahat olan dairələr qara piar kampaniyası aparacaq. Onlar erməni lobbisinin maliyyəsi, daxildəki satqınların bilavasitə iştirakı ilə bu çirkin təbliğatı davam etdirəcəklər. Amma istər şər-böhtançı beynəlxalq təşkilatların, istərsə də daxili satqınların səyləri nəticə verməyəcək. Onlar bu dəfə də məyus olacaqlar. Ölkəmiz bu sınaqdan da üzüağ çıxacaq və Avropaya yaxşı mənada nümunə olacaq. İnsan haqları necə qorunmalıdır, qonaqpərvərlik necə olmalıdır və s. sahələrdə biz Avropaya dərs keçəcəyik. O ki qaldı “İFEX”in çağırışına, bu qurum insan haqları təşkilatı kimi yox, lobbi təşkilatı kimi fəaliyyət göstərir. Onun kimdən hansı sifarişi aldığını da hamı bilir”.
Azərbaycana qarşı başlanan bu kampaniyanın qarşısını almaq üçün daha hansı tədbirlərin görülməsinə ehtiyac var?
Tanınmış jurnalist Azər Həsrət qəzetimizə açıqlamasında bildirdi ki, artıq Twitter üzərindən Azərbaycana qarşı kampaniyaların aparılması bir normaya çevrilib: “Ayın 10-da “Azadlıq” radiosunun Vaşinqtonda təşkil etdiyi dinləmələr zamanı da biz bunun şahidi olduq. Orda da Twitter üzərindən Hashtag elan edilmişdi. Müzakirələr də bu vasitə ilə aparılır. Biz həmin kampaniyaya aktiv şəkildə qoşulub yalanları ifşa etməyə çalışdıq. Xeyli sayda gəncimiz bu kampaniyada könüllü iştirak etdi. Nəticədə Vaşinqtondan yönələn kampaniyanı iflic edə bildik. İFEX-in kampaniyası Oyunların açılışına hesablanıb.
Həmin saatda açılışda iştirak edəcək 10 minlərlə insanın arasında Twitter üzərindən paylaşım edənlər az olmayacaq. İFEX çalışır ki, paylaşım edənləri indidən anti-Azərbaycan əhval ruhiyyəsinə kökləsin. Təbidir ki, biz də boş oturmayacağıq. Hesab edirəm ki, Azərbaycanı sevən hər bir şəxs bu işdə yaxından iştirak etməlidir. Elan edilmiş Hashtag üzərindən Azərbaycanla bağlı daha dolğun informasiyaları yerləşdirməklə məkrli niyyəti alt-üst edə bilərik”.

Məhəmmədəli QƏRİBLİ

Həmçinin oxuyun

Ajda Pekkan Azərbaycan Ordusuna 400 min dollar ianə etdi

Məşhur türkiyəli sənətçi Ajda Pekkan Azərbaycan xalqı üçün təqdirəlayiq addım atıb. O, Azərbaycan Respublikasının Silahlı …

Bir cavab yazın