Cümə , Aprel 19 2024
Ana səhifə / Şou Biznes / Azərbaycan idmançıları 9 ayda 512 medal qazanıb

Azərbaycan idmançıları 9 ayda 512 medal qazanıb

Azərbaycan 2016-cı ilin ilk 9 ayında 512 medal əldə edib. Apasport.az saytının məlumatına görə, bunu Gənclər və İdman Nazirliyinin idman şöbəsinin müdiri Fərid Mansurov bu gün keçirdiyi mətbuat konfransında deyib.

O bildirib ki, bu medallardan 121-nin əyarı qızıl olub. Azərbaycan idmançıları həmçinin 146 gümüş və 245 bürünc medala layiq görülüblər.

Bu rəqəm ilin ilk 9 ayını əhatə etdiyindən, son 3 ay nəzərə alınmayıb: “Bu gün dünyada Azərbaycanı idman ölkəsi kimi qəbul edirlər. Bu mənada qazandığımız medalların sayının ilin sonuna qədər artacağına şübhə etmirik”.

Həmçinin oxuyun

“Başıma bu cür faciə gəldi, reytinq yığdılar” – Mətanət İsgəndərli

“Kimə ki, etibar, yaxşılıq edirsən və xətrini çox istəyirsən, o səni həmişə vurur. Hər şeyi …

Bir cavab yazın