Ana səhifə / Şou Biznes / Azərbaycan hakimlərindən biabırçı səhv – Bayraq tərsinə asıldı

Azərbaycan hakimlərindən biabırçı səhv – Bayraq tərsinə asıldı

Bu gün AFFA-nın saytında hakimlərimizin Bolqarıstan keçirilən təlim-məşq toplanışından fotoreportaj yerləşdirilib. “ Azinforum.az ” futbolxeber.az-a istinadən xəbər verir ki, hakimlər məskunlaşdıqları otelin eyvanından Azərbaycan bayrağını asıblar.

Bunu müsbət hal kimi qiymətləndirmək olar. Lakin məsələ ondadı ki, ədalət qoruyucuları bayrağımızı səhv asıblar. Çünki bayrağın göy hissəsi sağdan yox, soldan olmalıdı.

Nazirlər Kabineti 2005-ci il 25 mart tarixli 55 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Dövlət bayrağının qaldırılması (asılması), endirilməsi, saxlanılması və istehsalı Qaydaları”nda dəyişiklik edib. Qaydalara edilən əlavəyə əsasən, Azərbaycan Respublikasının Dövlət Bayrağı binanın divarına dirəksiz şaquli çəkildikdə və ya şaquli vəziyyətdə xüsusi tutqaclara bərkidildikdə, bayrağın mavi zolağı qarşıdan baxılarkən sol tərəfə yerləşməlidi.

Həmçinin oxuyun

“Məni 3 manatlıq şorbaya görə iftara dəvət etməyin”

“Məni 3 manatlıq şorbaya görə iftara dəvət etməyin”Müğənni Kərim Abasov onu iftar süfrəsinə dəvət edən …

Bir cavab yazın